Thursday 21st November 2024,

2012

Ξ Leave a comment

Azərbaycan Respublikası Dövlət Neft Fondunun www.oilfund.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

posted by

Azərbaycan Respublikası Dövlət Neft Fondunun www.oilfund.az ünvanlı İnternet saytı, icmaldan da anlaşılacağı kimi, bir sıra bölmələr üzrə tam və dolğun bilgi içərməsi baxımından təqdirəlayiq durumdadır. Hiss olunur ki, sayt üzərində diqqətlə işlənilir və özəlliklə də cari bilgilər baxımından həssaslıq var. Təbii ki, başqa bir sıra bölmələr üzrə də yetərincə bilgi verilməsi diqqətdən qaçmır. Müsbət yönləri ilə bərabər saytın çatışmazlıqları da yox deyildir. Bu çatışmazlıqlar texniki-texnoloji özəllikli olmasa da ümumi duruma ciddi təsir göstərmə imkanına malikdirlər. Rəyimiz bundan ibarətdir ki, həmin çatışmazlıqları aradan qaldırmaq üçün sayt üzərində təkmilləşdirmə işləri aparmaq olar. Ona görə də aşağıda bu yöndə bəzi tövsiyələrimizi təqdim edirik:

1.    Qurumu ilə bağlı informasiyalar tam şəkildə təqdim edilir. Bunun üçün də əlavə bir tövsiyəyə gərək duyulmur.

2.    Ziyarətçilərin dövlət qurumu ilə əlaqə saxlaması üçün bütün imkanlar (qurumun yerləşdiyi ünvan, həm ümumi xarakterli, həm də ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları, qurumun ünvanının marşrut və sxemi və quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat) verilir və əlavə bir şərhə ehtiyac qalmır.

3.    Qurumun strukturunun ümumi sxemi, qurumun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin tam ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri və qurumun tabeliyindəki informasiya sistemləri barədə bilgilər tam şəkildə əks etdirildiyindən tövsiyəyə gərək yoxdur.

4.    Tövsiyəyə gərək duyulmayan növbəti bölmə rəhbər və rəhbər işçilər onlarla əks əlaqə haqqındadır. Burada bütün bilgilər tam şəkildə təqdim edilir.

5.    Qurumun cari fəaliyyəti haqqında informasiyalarda ətraflı şəkildə olduğundan əlavə heç bir sözə gərək yoxdur.  

6.    Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə bilgiləri də tam hesab etmək olar onun üçündə tövsiyə söylənilmir.

7.    Qurum tərəfindən təklif edilən xidmətlər haqqında təqdim edilmiş bilgilərlə yanaşı həmçinin qurum tərəfindən təklif edilən əlavə xidmətlər, onlayn müraciət imkanı və qaynar xətt nömrəsinin də verilməsi tövsiyə olunur.

8.    İşə qəbul qaydaları və boş iş yerləri haqqında isə qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi, işə qəbulun norma və qaydaları və işə qəbulla bağlı komissiyalar barədə bilgilərin təqdim edilməsi gərəklidir.  

9.    Yaxşı olardı ki, sahə işçilərinin əmək haqları barədə bilgilər əks etdirilsin.

10.    Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə isə gərəkdir ki, vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi, dövlət qurumunda vətəndaşların qəbul qaydaları, qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları və dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilər verilsin.  

11.    Tender və yarışmaların keçirilməsi ilə bağlı təqdim edilməmiş olan qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları, tender və yarışmaların nəticələri və tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları barədə bilgilərin təqdim edilməsi tövsiyə olunur.  

12.    Dövlət qurumunun norma- (qanun)yaratma fəaliyyəti barədə qurumun cari norma- (qanun)yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələri, bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri, qurumun norma- (qanun)yaratma fəaliyyəti ilə bağlı arxiv haqqında bilgilərin əks etdirilməsi zəruridir.  

13.    Saytın texniki imkanları yaxşıdır və bu barədə əlavə tövsiyəyə gərək duyulmur.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV