Thursday 21st November 2024,

2012

Ξ Leave a comment

Azərbaycan Respublikası Dövlət Neft Fondunun www.oilfund.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by

Azərbaycan Respublikası Dövlət Neft Fondunun www.oilfund.az ünvanlı İnternet saytı bir sıra göstəricilər üzrə yaxşı tərtib edilib. Saytın funksionallığı, istifadə rahatlığı və bilgi verilmiş bölmələr üzrə demək olar ki, dolğunluğu dərhal nəzərə çarpır. Hiss olunur ki, sayt əvvəlki illərə nisbətən daha iddialı mövqelərə can atır. Bu isə təbii ki, müsbət qarşılanmaya bilməz. Saytda çatışmazlıqlar da yox deyildir. Bəzi bölmələr üzrə ümumiyyətlə heç bir bilgi verilməyib. Bəzi bölmələr üzrə isə verilən bilgilər tam deyil. Burada bəzi e-xidmətlər olsa da onlar ayrıca bölmədə verilmədiyindən dərhal nəzərə çarpmır. Ümumiyyətlə isə, saytın durumu aşağıdakı kimidir:

1.    Qurum ilə bağlı təqdim edilmiş informasiya tamdır. Burada qurumun tarixi, rəhbərləri haqqında və kollegiya, qurumun fəaliyyətini təmin edən qanunverici baza və əsasnamə yer almışdır.

2.    Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün qurumun yerləşdiyi ünvan, həm ümumi xarakterli, həm də ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri,  mümkün olan bütün e-poçt ünvanları, qurumun ünvanının marşrut və sxemi, quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə bilgilər də ətraflı şəkildə təqdim edilir.

3.    Qurumun strukturu haqqında da bütün bilgilər saytda yer almışdır. Qurumun strukturunun ümumi sxemi, qurumun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin dəqiq (tam) ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri və qurumun tabeliyindəki informasiya sistemləri  barədə bütün bilgilər var.  

4.    Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından təqdim edilmiş rəhbərin və onun müavinlərinin bioqrafiyaları, bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, qurumun rəhbəri ilə əks əlaqə imkanları, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları və qurum ilə əks əlaqə üçün ümumi imkan haqqındakı bilgiləri də tam saymaq olar.

5.    Qurumun cari fəaliyyəti haqqında olan mətbuat üçün açıqlamalar, quruma aid olan informasiya, quruma aid olan hər cür başqa cari informasiya, qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri, qurumun həyata keçirdiyi proqram və layihələr barədə bilgilər də tam və dolğundur.

6.    Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə təqdim edilməsi gərəkli olan qurumun büdcəsi və onun icrası haqqında məlumat və büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiyalarda tam şəkildə əks etdirilir

7.    Qurum tərəfindən təklif edilən xidmətlər haqqında qurumun təklif etməli olduğu mütləq xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri və xidmətlərdən istifadə qaydaları  barədə bilgilər verilir. Ancaq qurum tərəfindən təklif edilən əlavə xidmətlər, onlayn müraciət imkanı və qaynar xətt nömrəsi yoxdur.

8.    İşə qəbul qaydaları və boş iş yerləri haqqında yalnız dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və boş iş yerləri haqqında elanların arxivi barədə bilgilər təqdim edilir. Burada çatışmayan qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi, işə qəbulun norma və qaydaları və işə qəbulla bağlı komissiyalar haqqında bilgilərdir.

9.    Sahə işçilərinin əmək haqları barədə isə heç bir bilgi verilmir.

10.    Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə də heç bir bilgi verilməyib.

11.    Tender və yarışmaların keçirilməsi ilə bağlı  tenderlərin keçirilməsi ilə bağlı elanlar və elanların arxivi barədə bilgilər verilsə də qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları, tender və yarışmaların nəticələri və tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları barədə bilgilər yoxdur.

12.    Qurumun norma- (qanun)yaratma fəaliyyəti barədə isə təəssüf ki, heç bir bilgi təqdim edilmir.  

13.    Saytın texniki imkanları yüksək səviyyədədir. Və bilgilər təqdim edilir.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV