Tuesday 03rd December 2024,

2012

Ξ Leave a comment

Azərbaycan Respublikası Mərkəzi Bankın www.cbar.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

posted by

Azərbaycan Respublikası Mərkəzi Bankın www.cbar.az ünvanlı İnternet saytı, icmaldan da anlaşıldığı kimi, sahəyə aid bilgilər baxımından yetərincə dolğundur. Ancaq bir sıra bölmələr üzrə heç bir bilgi verilməməsi, həmçinin bəzi bölmələrdə bilgilərin yarımçıq olması da diqqətdən qaçmır. Örnək üçün, quruma daha öncə başçılıq etmiş şəxslər bilgi verilməməsi bu qəbildəndir. Halbuki belə bilginin saytda yerləşdirilməsi tələb edilməklə bərabər çətinlik törətməsin gərək. Saytın texniki imkanları sırasında elə də ciddi bir çatışmazlıq olmadığı üçün bu yöndə təkmilləşdirmə tövsiyəmiz olan deyil. Təbii ki, buraya abunə imkanı əlavə edilməsindən başqa. Ümumiyyətlə isə bu saytın təkmilləşdirilməsi ilə bağlı aşağıda bəzi tövsiyələrimizi diqqətə çatdırırıq:

1.    Qurum ilə bağlı təqdim edilmiş bilgilər sırasına qurumun daha öncəki rəhbərləri haqqında bilgilərində əlavə edilməsi tövsiyə olunur.  

2.    Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün təqdim edilmiş ümumi imkanlarla yanaşı quruma gəlmək üçün ictimai nəqliyyat barədə bilgilərin də verilməsi gərəklidir.  

3.    Qurumun strukturu barədə bilgilər tam şəkildə təqdim edildiyindən əlavə bir tövsiyəyə gərək yoxdur.

4.    Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından da bütün bilgilər əks etdirildiyindən tövsiyəyə gərək duyulmur.  

5.    Qurumun cari fəaliyyəti haqqında təqdim edilmiş bilgilərdən əlavə qurumdaxili əmr və qərarların ayrıca təqdim edilməsi yaxşı olardı.

6.    Yaxşı olardı ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə  qurumun büdcəsi və onun icrası haqqında məlumat, büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiyalar əks etdirilsin.  

7.    Qurum tərəfindən təklif edilən xidmətlər barədə qurumun təklif etməli olduğu mütləq xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, onlayn müraciət imkanı və xidmətlərdən istifadə qaydaları barədə bilgilərlə yanaşı qurum tərəfindən təklif edilən əlavə xidmətlər və qaynar xətt barədə də yarıntılı bilgi verilməlidir.

8.    İşə qəbul qaydaları və boş iş yerləri haqqında haqında  isə dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi, işə qəbulun norma və qaydaları və işə qəbulla bağlı komissiyalar haqqında bilgilərlə bərabər dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və boş iş yerləri haqqında elanların arxivi barədə bilgilərin də təqdim edilməsi tövsiyə olunur.

9.    Sahə işçilərinin əmək haqları barədə bilgilərin təqdim edilməsi tövsiyələr sırasındadır.

10.    Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi, dövlət qurumunda vətəndaşların qəbul qaydaları, qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları, dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilərin də təqdim edilməsi gərəklidir.  

11.    Tender və yarışmaların keçirilməsi ilə bağlı təqdim edilmiş bilgilərlə bərabər qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları, tender və yarışmaların nəticələri, tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları barədə bilgilərin əks etdirilməsi tövsiyə olunur.

12.    Qurumun norma- (qanun)yaratma fəaliyyəti barədə qurumun cari norma- (qanun)yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələri, bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri və qurumun norma- (qanun)yaratma fəaliyyəti ilə bağlı arxiv barədə bilgilərin əks etdirilməsi tövsiyələr sırasındadır.

13.    Saytın texniki imkanları sırasına abunə imkanının da əlavə edilməsi yaxşı olardı.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV