Thursday 21st November 2024,

2012

Ξ Leave a comment

Azərbaycan Respublikası Mərkəzi Bankın www.cbar.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by

Azərbaycan Respublikası Mərkəzi Bankın www.cbar.az ünvanlı İnternet saytı sahəyə aid bilgilər baxımından yetərincə dolğun dəyərləndirilə bilər. Burada valyuta məsələləri ilə bağlı kifayət qədər bilgi verilib. Ancaq bir sıra bölmələr üzrə heç bir bilginin verilməməsi də diqqətdən qaçmır. Örnək üçün, şəffaflıq baxımından gərəkli olan əmək haqqı, büdcə bilgiləri ümumiyyətlə verilmir. Yaxud da bəzi bölmələr üzrə verilən bilgilər tam deyil. Hətta ayrı-ayrı göstəricilər üzrə verilən bilgilərin də tamlığı sual altındadır. Saytın texniki imkanları və funksionallığı isə yetərli sayılacaq həddədir. Düzdür, abunə imkanları təqdim edilmir. Ancaq başqa göstəricilər üzrə sayt yaxşı dəyərləndirilə bilər. Daha bir çatışmazlıq isə e-xidmətlərlə bağlıdır. Bu xidmətlərin bir qismi başqa ad altında təqdim edilsə də saytda e-xidmətlər bölməsi yoxdur. Ümumilikdə isə sayt aşağıdakı kimi görünür:

1.    Qurum ilə bağlı qurumun tarixi, rəhbərləri haqqında və kollegiya, qurumun fəaliyyətini təmin edən qanunverici baza və əsasnamə təqdim edilir. Ancaq qurumun daha öncəki rəhbərləri haqqında bilgi çatışmır.

2.    Ziyarətçilərin qurumu ilə əlaqə saxlaması üçün qurumun yerləşdiyi ünvan, həm ümumi xarakterli, həm də ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları, qurumun ünvanının marşrut və sxemi təqdim edilsə də quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə bilgi verilmir.  

3.    Qurumun strukturu barədə qurumun strukturunun ümumi sxemi, qurumun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin tam ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri və qurumun tabeliyindəki informasiya sistemləri barədə bilgilər tam şəkildə təqdim edilir.

4.    Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə haqqında rəhbərin və onun müavinlərinin bioqrafiyaları, bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, qurumun rəhbəri ilə əks əlaqə imkanlar, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları və qurum ilə əks əlaqə üçün ümumi imkanlar təqdim edilir. Yəni bu bölmə üzrə bilgilər tamdır.  

5.    Qurumun cari fəaliyyəti haqqında informasiyalara da tam demək olar burada yalnız qurumdaxili əmr və qərarlar ayrıca təqdim edilmir.

6.    Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə heç bir bilgiyə saytda rast gəlinmir.

7.    Qurum tərəfindən təklif edilən xidmətlər haqqında qurumun təklif etməli olduğu mütləq xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, onlayn müraciət imkanı və xidmətlərdən istifadə qaydaları barədə bilgilər təqdim edilsə də qurum tərəfindən təklif edilən əlavə xidmətlər və qaynar xətt nömrəsi yoxdur.

8.    İşə qəbul qaydaları və boş iş yerləri haqqında isə yalnız dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və boş iş yerləri haqqında elanların arxivi barədə bilgilər təqdim edilir. Burada çatışmayan  qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi, işə qəbulun norma və qaydaları və işə qəbulla bağlı komissiyalar haqqında bilgilərdir.

9.    Sahə işçilərinin əmək haqları barədə bilgi verilməyib.

10.    Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları barədə bilgi verilsə də köhnədir. Digər göstəricilər (vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi, dövlət qurumunda vətəndaşların qəbul qaydaları, dövlət qulluqçusunun etika qaydaları haqqında bilgi) üzrə isə bilgi yoxdur.  

11.    Tender və yarışmaların keçirilməsi ilə bağlı tenderlərin keçirilməsi ilə bağlı elanlar və elanların arxivi barədə bilgi verilsə də qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları, tender və yarışmaların nəticələri, tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları barədə bilgilər yoxdur.

12.    Qurumun norma- (qanun)yaratma fəaliyyəti barədə bilgilərə rast gəlinmir.

13.    Saytın texniki imkanları yaxşıdır. Burada ancaq abunə imkanı çatışmır.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV