Azərbaycan Respublikası Qəbələ Rayon İcra Hakimiyyəti www.qebele-ih.gov.az domen adlı İnternet resursuna nəzər saldıqda sayta nəzarətin yaxşı olduğunu və bir çox məlumatları əldə etməyin mümkünlüyünü görmək olar. Saytın texniki göstəricilərinin də yüksək olduğunu nəzərə alaraq saytda çatışmayan məlumatların əlavə edilməsi ilə saytın mükəmməl bir resurs halına gətirilməsi mümkündür. Bunun üçün də aşağıdakı bəndlər üzrə təklif edəcəyimiz tövsiyələr də saytın mükəmməlləşməsinə şamil olunur.
1. Rayon haqqındakı bilgilər mükəmməl şəkildə olduğundan təbi ki, tövsiyə söylənilmir. Ancaq qurum haqqında ətraflı şəkildə təqdim edildiyindən əlavə bir şərhə ehtiyac duyulmur. Lakin həm qurum haqqında qurumun başçısının bioqrafiyası, həm quruma daha öncə başçılıq etmiş şəxslər barədə, həm də icra aparatı haqqında bilgilərin təqdim edilməsi tövsiyə olunur.
2. Ziyarətçilərin qurum ilə əks əlaqəsinin yaxşılaşdırılması üçün isə ümumi imkanlarla yanaşı qurumun yerləşdiyi ünvanın sxemini, quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında bilgiləri təqdim etmək tövsiyə olunur.
3. Qurumun strukturu barədə verilmiş bilgilər sırasına struktur haqqında sözlü bilgilər və struktur bölmələrinin səlahiyyət çərçivələri haqqında olan bilgilərin əlavə edilməsi yaxşı olardı.
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından təqdim edilmiş bilgilərin daha da ətraflı hala gətirilməsi və bu bilgilərlə bərabər rəhbərin və struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilərin və qurumun rəhbəri ilə əks əlaqə imkanının verilməsi tövsiyə olunur.
5. Qurumun cari fəaliyyəti haqqında informasiyalar yüksək qiymətləndirilir Ancaq bu bölmənin tam halda olması üçün qurumdaxili əmrlər, sərəncamlar və qərarlar barədə bilgilərin də əlavə edilməsi gərəklidir.
6. Büdcə ilə bağlı məsələlər haqqında bilgilərin verilməsi də tövsiyələr sırasındadır.
7. Eyni tövsiyəni qurumun təklif etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər və xidmətlərdən istifadə qaydaları haqqında bilgilərə də şamil etmək mümkündür.
8. Boş iş yerləri və işə qəbulla bağlı bilgilərin təqdim edilməsi yaxşı olardı.
9. Qurumun işçilərinin əmək haqları ilə bağlı bilgilərin təqdim edilməsi informasiya açıqlığı baxımından lazımlıdır.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında isə vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi və qurumda vətəndaşların qəbul qaydaları barədə bilgilərin əks etdirilməsi tövsiyə olunur.
11. Qurumda tenderlərin keçirilməsi ilə bağlı elanlar, qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları və dövlət orqanları tərəfindən tender və yarışmaların keçirilməsinin qaydaları ilə bağlı ümumi informasiyaların verilməsi yaxşı olardı.
12. Saytın texniki imkanları yüksək səviyyədədir. Buraya abunə imkanının daxil edilməsi ilə bu bölməni tamamlamaq olar.