Thursday 21st November 2024,

2012

Ξ Leave a comment

Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının www.tqdk.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

posted by

Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının www.tqdk.gov.az ünvanlı İnternet saytı, icmalda da qeyd etdiyimiz kimi, xidmət və xüsusən də e-xidmət baxımından bütün göstəricilər üzrə tam və dolğun bilgi verməsi ilə diqqət çəkir. Təbii ki, belə olan halda həmin hissə ilə bağlı hər hansı tövsiyəmiz ola bilməz. Lakin icmalda da qeyd etdiyimiz kimi, bəzi bölmələr üzrə heç bilgi yoxdur. Bu bölmələr üzrə ayrıntılı tövsiyə verməməklə bərabər bir cümlə ilə qeyd etmək istərdik ki, həmin bölmələrin hər bir göstəricisi üzrə ayrıntılı bilgi verilməlidir. Bəzi bölmələr üzrə isə ümumi tövsiyəmiz budur ki, onların ayrı-ayrı göstəriciləri üzrə gərəkli bilgilər yenidən və tam olaraq təqdim edilsin. Ümumilikdə isə saytın təkmilləşdirilməsi üçün aşağıda tövsiyələrimizi təqdim edirik:

1.    Qurum ilə bağlı informasiyalar tam və dolğun olduğundan tövsiyəyə gərk yoxdur.  

2.    Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün təqdim edilmiş məlumatlar sırasına quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə bilgilərin də əlavə edilməsi tövsiyə olunur.

3.    Qurumun strukturu barədə təqdim edilmiş qurumun alt bölmələri və regional strukturu və struktur bölmələrinin səlahiyyət çərçivələri haqqındakı bilgilərin tam və yetərli sayıla biləcək həddə çatdırılması və qurumun strukturunun ümumi sxemi, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar və struktur bölmələrinin tam ünvanları barədə bilgilərin isə təqdim edilməsi tövsiyə olunur.

4.    Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilərin və ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanlarının əks etdirilməsi tövsiyə olunur. Həmçinin müavinlərin bioqrafiyalarının da təqdim edilməsi gərəklidir.

5.    Qurumun cari fəaliyyəti haqqında qurumdaxili əmr və qərarlar və bu cür aktların reyestri barədə  ayrıntılı bilgilərin sayta daxil edilməsi tövsiyələr sırasındadır.

6.    Yaxşı olar ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə bilgilər əks etdirilsin.  

7.    Qurum tərəfindən təklif edilən xidmətlər haqqında informasiyalar tam və dolğundur. Yəni burada qurumun təklif etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, onlayn müraciət imkanı, qaynar xətt, xidmətlərdən istifadə qaydaları barədə məlumatlar təqdim edildiyindən əlavə bir tövsiyəyə gərək yoxdur.   

8.    İşə qəbul qaydaları və boş iş yerləri haqqında heç bir bilgi yoxdur. Yaxşı olardı ki, dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar haqqında bilgi, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar, boş iş yerləri haqqında elanların arxivi barədə bilgilər təqdim edilsin.  

9.    Sahə işçilərinin əmək haqları barədə bilgilər də təqdim edilməsi gərəkli olan bilgilərdəndir.

10.    Vəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə gərəkli bilgilər (vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi, dövlət qurumunda vətəndaşların qəbul qaydaları, qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları, dövlət qulluqçusunun etika qaydaları haqqında bilgi) təqdim edildiyindən tövsiyə söylənilmir.  

11.    Tender və yarışmaların keçirilməsi ilə bağlı isə qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları, tender və yarışmaların nəticələri, elanların arxivi, tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları barədə bilgilərin əks etdirilməsi lazımlılıdır.

12.    Dövlət qurumunun norma- (qanun)yaratma fəaliyyəti barədə qurumun cari norma- (qanun)yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələri, bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri və qurumun norma- (qanun)yaratma fəaliyyəti ilə bağlı arxiv haqqında məlumatların verilməsi tövsiyələr sırasındadır.  

13.    Saytın texniki imkanları yaxşıdır və əlavə bir tövsiyəyə gərək duyulmur.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV