Tuesday 03rd December 2024,

2012

Ξ Leave a comment

Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının www.tqdk.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by

Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının www.tqdk.gov.az ünvanlı İnternet saytı, xidmət və xüsusən də e-xidmət baxımından demək olar ki, bütün göstəricilər üzrə tam və dolğundur. Sahəyə aid olan bütün məsələlər üzrə burda e-xidmət göstərilir. Yəni tələbə qəbulu ilə bağlı heç bir məsələ yaddan çıxarılmayıb. Bu, saytın çox ciddi üstünlüklərindən biridir. E-xidmətlərdən əlavə saytda bir sıra başqa bölmələr üzrə də bilgilər tamdır. Ancaq bu heç də o anlama gəlməmilidir ki, sayt bütün göstəricilər üzrə dolğundur. Saytın bəzi bölmələri üzrə bilgilər ya ümumiyyətlə verilməyib, ya da tam deyil. Texniki imkanları yetərli olsa da saytın tərtibatı bir az alışılmışdan fərqlidir. Funksionallıq və istifadə rahatlığı öz yerindədir. Ümumilikdə isə saytın durumu aşağıdakı kimidir:

1.    Qurum ilə bağlı informasiyalarda qurumun tarixi, rəhbərləri haqqında və kollegiya, qurumun fəaliyyətini təmin edən qanunverici baza və əsasnamə yer almışdır.

2.    Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün qurumun yerləşdiyi ünvan, həm ümumi xarakterli, həm də ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları və qurumun ünvanının marşrut və sxemi barədə bütün bilgilər tam şəkildə təqdim edilir. Yalnız quruma getmək üçün ictimai nəqliyyat haqqında bilgi çatışmır.

3.    Qurumun strukturu barədə qurumun strukturunun ümumi sxemi, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar və struktur bölmələrinin tam ünvanları  barədə heç bir bilgiyə rast gəlinmir. Qurumun tabeliyindəki informasiya sistemləri haqqında təqdim edilmiş bilgilər tam olsa da qurumun alt bölmələri və regional strukturu və struktur bölmələrinin səlahiyyət çərçivələri haqqında bilgilər yetərli deyil.

4.    Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından rəhbərin bioqrafiyası təqdim edilsə də müavinlərin bioqrafiyaları haqqında bilgilər yoxdur. Qurumun rəhbəri ilə əks əlaqə imkanları və qurum ilə əks əlaqə üçün ümumi imkanlar tamdır. Ancaq struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər və ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları yoxdur.

5.    Qurumun cari fəaliyyəti haqqında mətbuat üçün açıqlamalar, quruma aid olan informasiya, quruma aid olan hər cür başqa cari informasiya və qurumun həyata keçirdiyi proqram və layihələr barədə bilgilər əks etdirilir. Burada çatışmayan qurumdaxili əmr və qərarlar və bu cür aktların reyestri  barədə bilgilərdir.

6.    Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə hər hansı bilgi verilmir.

7.    Qurum tərəfindən təklif edilən xidmətlər haqqında qurumun təklif etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, onlayn müraciət imkanı, qaynar xətt və xidmətlərdən istifadə qaydaları  barədə bilgilər tam və dolğundur.

8.    İşə qəbul qaydaları və boş iş yerləri haqqında təqdim edilməsi gərəkli olan bilgilərdən (dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar haqqında bilgi, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar, boş iş yerləri haqqında elanların arxivi) heç biri saytda yer almamışdır.

9.    Sahə işçilərinin əmək haqları barədə heç bir bilgi saytda yer almayıb.

10.    Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi, dövlət qurumunda vətəndaşların qəbul qaydaları, qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları, dövlət qulluqçusunun etika qaydaları haqqında təqdim edilmiş bilgilər tam hesab edilə biləcək qədərdir.

11.    Tender və yarışmaların keçirilməsi ilə bağlı yalnız tenderlərin keçirilməsi ilə bağlı elanlar təqdim edilir. Qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları, tender və yarışmaların nəticələri, elanların arxivi, tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları isə təqdim edilməyən bilgilər sırasındadır.  

12.    Dövlət qurumunun norma- (qanun)yaratma fəaliyyəti barədə qurumun cari norma- (qanun)yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələri, bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri, qurumun norma- (qanun)yaratma fəaliyyəti ilə bağlı arxiv haqqında heç bir bilgi verilməyib.

13.    Saytın texniki imkanları yüksəkdir və bilgilər təqdim edilir.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV