Azərbaycan Respublikası Qobustan Rayon İcra Hakimiyyəti www.qobustan-ih.gov.az domen adlı İnternet resursuna ilk daxil olan anda saytın görünüşü insanı aldadır. Görünüş baxımından sayt fərqlənir və zəngin bir resurs təsiri bağışlayır. Ancaq təəssüflər olsun ki, saytda məlumatlar kasadır. Doğrudur görünüş olaraq demək olar ki, bir çox bölmələr var ancaq bölmələrə daxil olduğumuz zaman məlumat olmadığı aşkara çıxır. Həmçinin ən vacib bilgilərdən olan qurumun ünvanı yoxdur və cari informasiyalar az qala bir ilə yaxındır ki, yenilənmir. Ümumilikdə isə saytın görünüşü aşağıdakı kimidir.
1. Nə rayon haqqında nə də qurum haqqında təqdim edilmiş bilgilər yetərli səviyyədə deyil. Rayon haqqında bir çox bölmələrin adları qeyd edilsə də daxilində məlumat yoxdur. Qurum haqqında isə yalnız qurumun rəhbərinin bioqrafiyası təqdim edilir.
2. Ziyarətçilərin əks əlaqəsi üçün telefon və faks nömrələri, e-poçt ünvanı təqdim edilsə də qurumun ünvanı, qurumun ünvanının sxemi və quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında bilgi verilmir.
3. Qurumun strukturunun sxemi, qurumun alt bölmələri və yerli icra nümayəndəlikləri, struktur bölmələrinin rəhbərləri haqqında bilgilər təqdim edilsə də yetərli səviyyədə deyil. Struktur bölmələrinin səlahiyyət çərçivələri, struktur bölmələrinin rəhbərləri ilə əlaqə imkanları və bələdiyyələr haqında isə heç bir bilgi verilmir.
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə haqqındakı yalnız qurumun rəhbərinin bioqrafiyası və qurum ilə əks əlaqə üçün ümumi imkanlar təqdim edilir. Burada çatışmayan struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, qurumun rəhbəri və ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları, vətəndaşların müraciətlərinə baxılma qaydası və rayondan seçilmiş millət vəkili haqqında məlumat və əlaqə imkanı barədə bilgilərdir.
5. Qurumun cari fəaliyyəti haqqında demək olar ki heç bir bilgi təqdim edilmir. Təqdim edilmiş mətbuat üçün ən son aşıqlama 15 iyun 2011-ci ilə aiddir. Həmçinin qurumdaxili əmrlər, sərəncamlar və qərarlar barədə bilgilər də saytda öz əksini tapmamışdır.
6. Dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında bilgilər təqdim edilmir.
7. Qurumun təklif etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər və xidmətlərdən istifadə qaydaları haqqında da heç bir bilgiyə rast gəlinmir.
8. Növbəti təqdim edilməyən bilgilər boş iş yerləri və işə qəbulla bağlı təqdim edilməsi gərəkli olan bilgilərdən qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı mümkün komissiyalar haqqında bilgi, qurum və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqındadır.
9. Qurumun işçilərinin əmək haqları ilə bağlı da bilgilər saytda əks etdirilmir.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında isə qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları barədə məlumat verilsə də vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi və qurumda vətəndaşların qəbul qaydaları barədə bilgilər yoxdur.
11. Qurumda tenderlərin keçirilməsi ilə bağlı elanlar, qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları və dövlət orqanları tərəfindən tender və yarışmaların keçirilməsinin qaydaları ilə bağlı ümumi informasiyalar saytda öz əksini tapmayıb.
12. Saytın texniki imkanları yaxşı dəyərləndirilə bilər. Burada onlayn müraciət imkanı təqdim edilsə də abunə imkanı çatışmır.