Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasının www.jlc.gov.az ünvanlı İnternet saytı, artıq icmaldan da anlaşıldığı kimi, bir sıra göstərici və bölmələr üzrə müsbət xarakterizə edilə bilsə də bəzi göstərici və bölmələr üzrə heç bir bilgi olmaması baxımından bir qədər axsamaqdadır. Saytını funksionallığı və istifadə rahatlığı öz yerindədir. Bununla belə çağdaş dövrün əsas tələblərindən biri olan e-xidmətlər gözə dəymir. Özəlliklə də şəffaflıq üçün gərəkli olan büdcə, əmək haqqı, tender və yarışmalar haqqında heç bir bilgi yoxdur. Ümumilikdə isə rəyimiz bundan ibarətdir ki, bu saytın texniki imkanları onun təkmilləşdirilməsini mümkün edə bilər. Ona görə də aşağıda bu yöndə tövsiyələrimizi təqdim edirik:
1. Qurum ilə bağlı bilgilər tam və dolğun şəkildə təqdim edildiyindən tövsiyəyə gərk duyulmur.
2. Ziyarətçilərin qurumu ilə əlaqə saxlaması üçün gərəkli bütün bilgilər tam olduğundan bu bölmə üzrə də tövsiyəyə gərək yoxdur.
3. Qurumun strukturu barədə təqdim edilmiş birgilər sırasına struktur bölmələrinin səlahiyyət çərçivələri haqqında məlumatların da daxil edilməsi tövsiyə olunur.
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə barədə də bilgilər dolğun və yetərincədir. Bu da tövsiyəyə gərk olmadığını göstərir.
5. Qurumun cari fəaliyyəti haqqında isə qurumdaxili əmr və qərarlar, onların reyestri və qurumun həyata keçirdiyi proqram və layihələr barədə bilgi çatışmazlığının aradan qaldırılması yaxşı olardı.
6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə qurumun büdcəsi və onun icrası haqqında məlumat və büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiyaların təqdim edilməsi tövsiyə olunur.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında əks etdirilmiş bilgilərlə bərabər elektron formada təklif olunan xidmətlər və qaynar xətt nömrəsinin də təqdim edilməsigərəklidir.
8. Yaxşı olardı ki, işə qəbul qaydaları və boş iş yerləri haqqında dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar haqqında bilgi, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və boş iş yerləri haqqında elanların arxivi təqdim edilsin.
9. Sahə işçilərinin əmək haqları barədə bilgilərin də təqdim edilməsi tövsiyələr sırasındadır.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə qəbulun ümumi normaları və işçilərin etik davranış qaydaları barədə bilgilərin əlavə edilməsi lazımlıdır.
11. Tender və yarışmaların keçirilməsi ilə bağlı qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları, tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi, tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları barədə bilgilərin əks etdirilməsi tövsiyələr sırasındadır.
12. Təqdim edilməsi gərəkli olan növbəti bilgilər qurumun norma- (qanun)yaratma fəaliyyəti barədə olan qurumun cari norma- (qanun)yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələri, bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri və qurumun norma- (qanun)yaratma fəaliyyəti ilə bağlı arxivdir.
13. Saytın texniki imkanları yaxşıdır ancaq buraya abunə imkanının da təqdim edilməsi tövsiyə olunur.