Thursday 21st November 2024,

2012

Ξ Leave a comment

Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasının www.jlc.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by

Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasının www.jlc.gov.az ünvanlı İnternet saytı, bir sıra göstəricilər və bölmələr üzrə heç bir bilgi verilməməsi baxımından diqqət çəkir. Elə bölmələr var ki, onlara aid heç bir bilgi gözə dəymir. Elə bölmələr də var ki, onlara aid bilgilər tam deyil. Saytın texniki imkanları və funksionallığı haqqında müsbət fikir söyləmək olar. İstifadəsi rahat və düzənləməsi xoşdur. Saytda e-xidmətlər adına demək olar ki, heç bir bilgi yoxdur. Burada yalnız bir onlayn müraciət forması gözə dəyir. Abunə imkanı da təklif edilmir. Lakin bir müsbət xüsusiyyəti də qeyd edək ki, verilən bilgilər demək olar ki, bütün göstəricilər üzrə dolğundur. Ümumilikdə isə saytın durumu aşağıdakı kimidir:

1.    Qurum ilə bağlı qurumun tarixi, rəhbərləri haqqında və kollegiya, qurumun fəaliyyətini təmin edən qanunverici baza və əsasnamə haqqında təqdim edilmiş bütün bilgilər tamdır.

2.    Ziyarətçilərin qurumu ilə əlaqə saxlaması üçün bilgilər tam şəkildə təqdim edilir. Qurumun yerləşdiyi ünvan, həm ümumi xarakterli, həm də ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları, qurumun ünvanının marşrut və sxemi, quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə bilgilər saytda yer almışdır.

3.    Qurumun strukturu barədə qurumun strukturunun ümumi sxemi, qurumun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin tam ünvanları və qurumun tabeliyindəki informasiya sistemləri barədə bilgilər əks etdirilir. Burada yalnız  struktur bölmələrinin səlahiyyət çərçivələri barədə bilgilər yer almamışdır.

4.    Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından rəhbərin və onun müavinlərinin bioqrafiyaları, bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, qurumun rəhbəri ilə əks əlaqə imkanları, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları və qurum ilə əks əlaqə üçün ümumi imkan barədə bilgilər də tam şəkildə verilir.

5.    Qurumun cari fəaliyyəti baxımından təqdim edilmiş quruma aid informasiya və hər cür başqa cari informasiyalar baxımından sayt dolğundur. Lakin qurumdaxili əmr və qərarlar, onların reyestri və qurumun həyata keçirdiyi proqram və layihələr barədə bilgilər yoxdur.

6.    Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə təəssüf ki, bilgilər yoxdur.

7.    Qurum tərəfindən təklif edilən xidmətlər haqqında qurumun təklif etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, onlayn müraciət imkanı və xidmətlərdən istifadə qaydaları barədə bilgilər tam şəkildə əks etdirilsə də  elektron formada təklif olunan xidmətlər və qaynar xətt nömrəsi verilmir.

8.    İşə qəbul qaydaları və boş iş yerləri haqqında bilgilər isə saytda yer almamışdır.

9.    Sahə işçilərinin əmək haqları barədə də bilgilərə rsat gəlinmir.

10.    Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə vətəndaşların qəbul qaydaları və qəbul vaxtları haqqında tam bilgi verilib. Ancaq qəbulun ümumi normaları və etika qaydaları barədə bilgi yoxdur.

11.    Tender və yarışmaların keçirilməsi ilə bağlı qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları, tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi, tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları  barədə heç bir bilgi verilmir.

12.    Növbəti bilgi təqdim edilməyən bölmə qurumun norma- (qanun)yaratma fəaliyyəti barədədir.

13.    Saytın texniki imkanları yaxşıdır. Burada yalnız abunə imkanı çatışmır.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV