Azərbaycan Respublikası Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın www.antikorrupsiya.gov.az ünvanlı İnternet saytı, nə qədər təzadlı olsa da, bu qurumun işinin yetərincə şəffaf olmamasından xəbər verir. Düzdür, mümkündür ki, qurum haqqında başqa mənbələr başqa və daha müsbət fikir yürütməyə imkan versin. Ancaq bu sayta baxanda müsbət rəy vermək mümkün deyil. Saytda özəlliklə də büdcə bilgilərinin, işə qəbul, əmək haqqı, tenderlər haqqında məlumatların olmaması təbii ki, şəffaflıq baxımından problem yarada bilər. Bununla belə saytın texniki imkanları onun təkmilləşdirilməsini və daha uyğun xidmət verə biləcəyini mümkün edir. Ona görə də aşağıda bu yöndə bəzi tövsiyələrimizi təqdim edirik:
1. Qurumu ilə bağlı informasiyalar sırasına qurumun tarixi haqqında bilgilərin əlavə edilməsi tövsiyə olunur.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün təklif edilmiş imkanlarla bərabər qurumun ünvanının marşrut və sxemi, quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə bilgilərin də verilməsi gərəklidir.
3. Qurumun strukturu barədə qurumun strukturunun ümumi sxemi, qurumun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin tam ünvanları və struktur bölmələrinin səlahiyyət çərçivələri barədə bilgilərin təqdim edilməsi tövsiyə olunur. Təqdim edilmiş qurumun tabeliyindəki informasiya sistemləri barədə bilgilərin isə dolğunlaşdırılması tövsiyələr sırasındadır.
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından verilmiş bilgilərlə bərabər struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər və ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları barədə olan məlumatların da saytda əks etdirilməsi tövsiyə olunur.
5. Qurumun cari fəaliyyəti haqqında mətbuat üçün açıqlamalar, quruma aid olan informasiya, qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri, qurumun həyata keçirdiyi proqram və layihələr barədə verilmiş bilgilərin dolğun hala gətirilməsi və quruma aid olan hər cür başqa cari informasiyaların təqdim edilməsi tövsiyə olunur.
6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə həm qurumun büdcəsi və onun icrası haqqında məluma, həm də büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiyaların təqdim edilməsi yaxşı olardı.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında isə qurumun təklif etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri və xidmətlərdən istifadə qaydaları barədə məlumatların təqdim edilməsi də tövsiyələr sırasındadır.
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar haqqında, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və boş iş yerləri haqqında elanların arxivi barədə bilgilərin təqdim edilməsi lazımlıdır.
9. Yaxşı olardı ki, sahə işçilərinin əmək haqları barədə bilgilər təqdim edilsin.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi, dövlət qurumunda vətəndaşların qəbul qaydaları, qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları və dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilərin verilməsi də yaxşı olardı
11. Həmçinin tender və yarışmaların keçirilməsi ilə bağlı qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları, tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi və tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları barədə bilgilərin verilməsi də tövsiyə olunur.
12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti barədə qurumun cari norma- (qanun)yaratma fəaliyyətinin, bütün mümkün normativ aktların layihələrin, bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtlərinin və qurumun norma- (qanun)yaratma fəaliyyəti ilə bağlı arxivin də əks etdirilməsi yaxşı olardı.
13. Saytın texniki imkanları sırasına abunə imkanının da əlavə edilməsi tövsiyə olunur.