Thursday 21st November 2024,

2012

Ξ Leave a comment

Azərbaycan Respublikası Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın www.antikorrupsiya.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by

Azərbaycan Respublikası Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın www.antikorrupsiya.gov.az ünvanlı İnternet saytı, təəssüflər olsun ki, həm zəngin və dolğun deyil, həm də operativlik baxımından xeyli geri qalır. Saytda bir çox vacib bölmələr üzrə bilgilər yerli-dibli yoxdur. Bəzi bölmələr və göstəricilər üzrə verilmiş bilgilər isə dolğun və operativ deyil. Saytın texniki imkanları və funksionallığı yetərli səviyyədədir. Lakin burada e-xidmətlər çatışmır. Əgər onlayn müraciət formasını da nəzərə almasaq saytda demək olar ki, hər hansı interaktiv xidmət nəzərə çarpmır. Abunə imkanı da təklif edilməyən saytda xəbərlər operativlikdən çox uzaqdır. Ən yeni xəbər mart ayının 5-nə aiddir. Ümumilikdə isə saytın durumu aşağıdakı kimidir:

1.    Qurum ilə bağlı rəhbərləri, kollegiya və qanunverici baza haqqında bilgilər əks etdirilir. Ancaq  qurumun tarixi haqqında bilgi verilməyib.

2.    Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün qurumun yerləşdiyi ünvan, həm ümumi xarakterli, həm də ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları barədə bilgilər verilsə də qurumun ünvanının marşrut və sxemi, quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə bilgilər verilmir

3.    Qurumun strukturu barədə qurumun strukturunun ümumi sxemi, qurumun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin tam ünvanları və struktur bölmələrinin səlahiyyət çərçivələri haqqında heç bir bilgi saytda yer almamışdır. Burada yalnız qurumun tabeliyindəki informasiya sistemləri barədə məlumatlar əks etdirilmiçdir.  

4.    Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından rəhbərin və onun müavinlərinin bioqrafiyaları, qurumun rəhbəri və qurum ilə əks əlaqə üçün ümumi imkan təqdim edilir. Lakin struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər və ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları barədə bilgilər yoxdur.

5.    Qurumun cari fəaliyyəti haqqında mətbuat üçün açıqlamalar, quruma aid olan informasiya, qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri  və qurumun həyata keçirdiyi proqram və layihələr bardədə bilgilər verilsə də tam deyil. Həmçinin quruma aid olan hər cür başqa cari informasiyalar da yoxdur.

6.    Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə bilgilərə sart gəlinmir.  

7.    Qurum tərəfindən təklif edilən xidmətlər baxımından onlayn müraciət imkanı və qaynar xətt nömrəsi təqdim edilir. Qalan bilgilər (qurumun təklif etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri və xidmətlərdən istifadə qaydaları) üzrə heç bir məlumat verilmir.

8.    İşə qəbul qaydaları və boş iş yerləri haqqında nə dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi, işə qəbulun norma və qaydaları,  işə qəbulla bağlı komissiyalar haqqında bilgi dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar nə də boş iş yerləri haqqında elanların arxivi barədə bilgilər təqdim edilmir.

9.    Növbəti təqdim edilməyən məlumatlar sahə işçilərinin əmək haqları barədədir.

10.    Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə təqdim edilməsi gərəkli olan bilgilərin (vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi, dövlət qurumunda vətəndaşların qəbul qaydaları, qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları, dövlət qulluqçusunun etika qaydaları haqqında bilgi) heç birinə rast gəlinmir.

11.    Tender və yarışmaların keçirilməsi ilə bağlı da bilgilər verilmir.

12.    Qurumun norma- (qanun)yaratma fəaliyyəti barədə də bilgilər yoxdur.

13.    Saytın texniki imkanları yaxçıdır. Ancaq abunə imkanı təqdim edilmir.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV