Azərbaycan Respublikası Qubadlı Rayon İcra Hakimiyyəti www.qubadli-ih.gov.az domen adlı İnternet resursu icmaldan da göründüyü kimi məlumatların yoxluğu nəzərdən qaçmır. On iki bölmədən beşi tamamən boşdur. Bəzi bölmələrdə isə bilgilərin əksəriyyəti təqdim edilmir. Cari informasiyalara nəzər salsaq sayta nəzarətin olduğunu görərik. Elə buna görə də tövsiyələri nəzərə alaraq saytın dolğunlaşdırılacağına ümid edirik. Və bəndlər üzrə tövsiyələrimizi aşağıda qeyd edirik.
1. Rayon haqqındakı bilgilər barədə heç bir tövsiyəyə gərək yoxdur. Qurum haqqında isə quruma daha öncə başçılıq etmiş şəxslər barədə və icra aparatı haqqında bilgilərin təqdim edilməsi tövsiyə olunur.
2. Ziyarətçilərin qurum ilə əks əlaqəsi üçün ümumi bilgilər sırasına faks nömrələrinin daxil edilməsi, bununla yanaşı qurumun yerləşdiyi ünvanın sxemini, quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında bilgilərin təqdim edilməsi tövsiyə olunur.
3. Qurumun strukturu barədə verilmiş sxemin dolğunlaşdırılması və sxem haqqında sözlü bilgilərin verilməsi, həmçinin qurumun alt bölmələri və yerli icra nümayəndəlikləri, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin səlahiyyət çərçivələri barədə bilgilərin də təqdim edilməsi gərəklidir.
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə haqındakı bilgilərin yetərli hala gətirilməsi və bilgilər sırasına struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilərin, qurumun rəhbəri ilə əks əlaqə imkanlarının, vətəndaşların müraciətlərinə baxılma qaydasının, rayondan seçilmiş millət vəkili haqqında məlumat və əlaqə imkanının daxil edilməsi tövsiyələr sırasındadır.
5. Cari informasiyalarla bərabər rayonda həyata keçirilən dövlət layihələri və proqramları haqqında, rayonun ictimai həyatı haqqında, qurumdaxili əmrlər, sərəncamlar və qərarlar haqqında, rayonun ictimai-siyasi qurumları, media qurumları haqqında məlumatların da verilməsi zəruridir.
6. Dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında bilgilər təqdim edilməsi lazımlı bilgilərdəndir.
7. Qurumun təklif etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər və xidmətlərdən istifadə qaydaları haqqında bilgilərin əks etdirilməsi tövsiyə olunur.
8. Boş iş yerləri və işə qəbulla bağlı bilgilərin təqdim edilməsi də tövsiyələr sırasındadır.
9. Qurumun işçilərinin əmək haqları ilə bağlı bilgilərin təqdim edilməsi informasiya açıqlığı baxımından gərəklidir.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi və qurumda vətəndaşların qəbul qaydaları barədə bilgilərin təqdim edilməsi və qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları barədə verilmiş qısaca bilgilərin tam hala gətirilməsi tövsiyələr sırasındadır.
11. Qurumda tenderlərin keçirilməsi ilə bağlı elanlar, qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları və dövlət orqanları tərəfindən tender və yarışmaların keçirilməsinin qaydaları ilə bağlı ümumi informasiyaların verilməsi yaxşı olardı.
12. Saytın texniki imkanlarından istifadə edilməsi və həm onlayn müraciət imkanının həm də abunə imkanının təqdim edilməsi tövsiyələr sırasındadır.