Thursday 21st November 2024,

2012

Ξ Leave a comment

Azərbaycan Respublikası Qubadlı Rayon İcra Hakimiyyəti www.qubadli-ih.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by

Azərbaycan Respublikası Qubadlı Rayon İcra Hakimiyyəti  www.qubadli-ih.gov.az adlı İnternet resursu da digər resurslardan seçilmir. Yəni Bu saytda da durum eynidir. Məlumat çatışmamazlığı var. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası, icra hakimiyyəti tərəfindən təklif edilən xidmətlər haqqında, işə qəbul qaydaları və boş iş yerləri haqqında, sahə işçilərinin əmək haqları barədə , elektron xidmətlər, elektron müraciət və s. kimi bilgilər təqdim edilməyən bilgilərdəndir. Saytın ümumi görünüşü aşağıdakı kimidir:

1.    Rayon haqqındakı bilgilər mükəmməl şəkildədir. Qurum haqqında qurumun başçısının bioqrafiyası və dövlət qulluqçusunun etik davranış  qaydaları haqqında AR qanunu haqqında bilgilər təqdim edilir. Ancaq quruma daha öncə başçılıq etmiş şəxslər barədə və icra aparatı haqqında bilgilər verilmir.   

2.    Ziyarətçilərin əks əlaqəsi üçün ümumi imkanlar (qurumun ünvanı, telefon nömrələri, e-poçt ünvanı) təqdim edilsə də faks nömrəsi, quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında bilgilər yoxdur.  

3.    Qurumun strukturunun sxemi quruluş olaraq təqdim edilir. Burada vəzifələr və say bildirilir, adlar isə qeyd edilmir. Həmçinin qurumun alt bölmələri və yerli icra nümayəndəlikləri, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin səlahiyyət çərçivələri barədə bilgilər də əks etdirilmir. Burada yalnız Bələdiyyələr haqqında tam bilgi və əsas idarə və müəssisələr, banklar, təhsil və mədəniyyət qurumları haqqında isə yarımçıq bilgilər təqdim edilir.  

4.    Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə haqqındakı bölmə məlumat baxımından kasaddır. Burada struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, qurumun rəhbəri ilə əks əlaqə imkanları, vətəndaşların müraciətlərinə baxılma qaydası, rayondan seçilmiş millət vəkili haqqında məlumat və əlaqə imkanı  barədə heç bir bilgiyə rast gəlinmir. Burada təqdim edilmiş bilgilər qurumun rəhbərinin bioqrafiyası, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları, qurum ilə əks əlaqə üçün ümumi imkanlardır ki, onlar da yetərli deyil.

5.    Qurumun cari fəaliyyəti haqqında  mətbuat üçün açıqlamalar və qurumun həyata keçirdiyi tədbirlər, cari işlər haqqında məlumatlar təqdim edilir. Lakin rayonda həyata keçirilən dövlət layihələri və proqramları haqqında, rayonun ictimai həyatı haqqında, qurumdaxili əmrlər, sərəncamlar və qərarlar haqqında,  rayonun ictimai-siyasi qurumları, media qurumları haqqında bilgilər  isə yoxdur.  

6.    Dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında bilgilər təqdim edilmir.    

7.    Qurumun təklif etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər,  elektron formada təklif olunan xidmətlər və xidmətlərdən istifadə qaydaları haqqında bilgilər də təqdim edilməyən bilgilərdəndir.

8.    Boş iş yerləri və işə qəbulla bağlı təqdim edilməsi gərəkli olan bilgilərdən qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi,  işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı mümkün komissiyalar haqqında bilgi, qurum və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar barədə heç bir bilgi saytda əks etdirilmir.  

9.    Qurumun işçilərinin əmək haqları ilə bağlı bilgilər  də yoxdur.

10.    Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları barədə qısaca məlumat verilir. Ancaq vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi və qurumda vətəndaşların qəbul qaydaları barədə bilgilər yoxdur.

11.    Qurumda tenderlərin keçirilməsi ilə bağlı elanlar, qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları və dövlət orqanları tərəfindən tender və yarışmaların keçirilməsinin qaydaları ilə bağlı ümumi informasiyalar saytda öz əksini tapmayıb.  

12.    Saytın texniki imkanları normaldır. Lakin burada nə abunə imkanı nə də onlayn müraciət imkanı yoxdur.   

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV