Tuesday 03rd December 2024,

2012

Ξ Leave a comment

Azərbaycan Respublikası Auditorlar Palatasının www.audit.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

posted by

Azərbaycan Respublikası Auditorlar Palatasının www.audit.gov.az ünvanlı İnternet saytı, icmalda da qeyd etdiyimiz kimi, öz sahəsinə aid bilgi verməsi baxımından yetərli sayıla bilər. Lakin bu heç də o demək deyil ki, sayt mükəmməldir. Texniki imkanları yetərli sayıla bilər. Ancaq bilgi tərkibi baxımından bu saytın yetərli olduğunu deyə bilmərik. Hətta ciddi çatışmazlıqları olduğunu ayrıca vurğulamaq lazımdır. Bütün bunlarla bərabər saytın ciddi şəkildə təkmilləşdirilməsi üçün imkanlar da qalmaqdadır. Ona görə də aşağıda bu yöndə bəzi tövsiyələrimizi diqqətə çatdırmaq istərdik:

1.    Qurum ilə bağlı informasiyalar sırasına qurumun rəhbərləri haqqında ayrıntılı bioqrafik bilgilərin əlavə edilməsi tövsiyə olunur.

2.    Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün təqdim edilmiş bilgilər sırasına qurumun ünvanının marşrut və sxemi, quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə bilgilərin də daxil edilməsi tövsiyə olunur.

3.    Qurumun strukturu barədə isə yaxşı olardı ki, təqdim edilmiş bilgilərlə bərabər həmçinin struktur bölmələrinin rəhbərləri haqqında bilgilər, struktur bölmələrinin dəqiq (tam) ünvanları və struktur bölmələrinin səlahiyyət çərçivələri barədə bilgilər də əks etdirilsin.

4.    Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından  bütün rəhbər işçilər haqqında bioqrafik bilgilərin əlavə edilməsi gərəklidir.

5.    Qurumun cari fəaliyyəti haqqında qurumun həyata keçirdiyi proqram və layihələr barədə bilgi verilməsi və mətbuat üçün açıqlamaların daha operativ şəkildə təqdim edilməsi tövsiyə olunur.

6.    Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə qurumun büdcəsi və onun icrası haqqında məlumat və büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiyaların təqdim edilməsi tövsiyələr sırasındadır.  

7.    Qurum tərəfindən təklif edilən xidmətlər barədə verilmiş bilgilərlə bərabər qurum tərəfindən təklif edilən əlavə xidmətlər, qaynar xətt nömrəsi və xidmətlərdən istifadə qaydaları haqqında informasiyaların verilməsi və elektron formada təklif olunan xidmətlərin isə tam təqdim etməsi gərəklidir

8.    İşə qəbul qaydaları və boş iş yerləri haqqında qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar haqqında, qurum və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və boş iş yerləri haqqında elanların arxivinin təqdim edilməsi gərəkli olan bilgilərdəndir.

9.    Yaxşı olardı ki, sahə işçilərinin əmək haqları barədə bilgilər təqdim edilsin.

10.    Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi və dövlət qurumunda vətəndaşların qəbul qaydaları barədə olan bilgilərin təqdim edilməsi tövsiyələr sırasındadır.

11.    Tender və yarışmaların keçirilməsi ilə bağlı qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları, tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri və tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları barədə bilgilərin təqdim edilməsi gərəklidir.

12.    Təqdim edilməsi gərkli olan növbəti bilgilər qurumun norma- (qanun)yaratma fəaliyyəti barədə ola bilgilərdir.  

13.    Saytın texniki imkanları sırasına abunə imkanının da daxil edilməsi tövsiyə olunur.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV