Azərbaycan Respublikası Auditorlar Palatasının www.audit.gov.az ünvanlı İnternet saytı öz sahəsinə aid bilgi verməsi baxımından yetərli olsa da yerdə qalan məsələlər üzrə ciddi şəkildə axsamaqdadır. Bir sıra bölmələr üzrə heç bir bilgi verilməməklə yanaşı bilgi verilən bölmələrin bəzi göstəriciləri üzrə də qüsurlar az deyil. Sayt texniki imkanlar baxımından tənqid olunacaq halda deyil. Funksionallığı və istifadə rahatlığı öz yerindədir. Yalnız e-xidmətlər demək olar ki, çatışmır. Şəffaflıq baxımından gərəkli olan büdcə, əmək haqqı, tenderlər haqqında bilgi verilməyən saytda hətta qurum rəhbərliyinə daxil olan şəxslər barədə bioqrafik bilgilər də yoxdur. Ümumi qənaət bundan ibarətdir ki, texniki imkanlı yetərli olan bu sayt bilgi tərkibi baxımından xeyli geridə qalır. Saytın mənzərəsi aşağıdakı kimidir:
1. Qurumu ilə bağlı qurumun tarixi və qurumun fəaliyyətini təmin edən qanunverici baza haqqında bilgilər tamdır. Lakin qurumun rəhbərləri haqqında heç bir bilgi yoxdur.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün qurumun yerləşdiyi ünvan, həm ümumi xarakterli, həm də ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları tam şəkildə təqdim edilsə də qurumun ünvanının marşrut və sxemi, quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə bilgilər verilmir.
3. Qurumun strukturu barədə isə qurumun strukturunun ümumi sxemi, qurumun alt bölmələri və qurumun tabeliyindəki informasiya sistemləri barədə bilgilər təqdim edilir. Burada çatışmayan struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin tam ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri barədə olan bilgilərdir.
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından qurumun rəhbəri ilə əks əlaqə imkanları, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları və qurum ilə əks əlaqə üçün ümumi imkanlar barədə bilgilər yetərli sayılacaq qədərdir. Lakin əsas rəhbərin və onun müavinlərinin bioqrafiyaları, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər çatışmır.
5. Qurumun cari fəaliyyəti haqqında mətbuat üçün təqdim edilmiş açıqlamalar operativ deyil və qurumun həyata keçirdiyi proqram və layihələr barədə bilgilər əks etdirilmir. Quruma aid olan informasiya, quruma aid olan hər cür başqa cari informasiya, qurumdaxili əmr və qərarlar və bu cür aktların reyestri barədə bilgilər isə yetərlidir.
6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə heç bir bilgi verilmir.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında informasiyalardan isə qurumun təklif etməli olduğu mütləq xidmətlər, onlayn müraciət imkanı və elektron formada təklif olunan xidmətlər (yalnız bir qeydiyyat forması var) barədə məlumatlar təqdim edilir. Qurum tərəfindən təklif edilən əlavə xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, qaynar xətt və xidmətlərdən istifadə qaydaları barədə məlumatlar isə çatışmır.
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında saytda heç bir bilgiyə rast gəlinmir.
9. Sahə işçilərinin əmək haqları barədə də bilgilər yoxdur.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə isə vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi, dövlət qurumunda vətəndaşların qəbul qaydaları barədə bilgilər verilməzkən, qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları və dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilər tamdır.
11. Tender və yarışmaların keçirilməsi ilə bağlı yalnız elanların arxivi təqdim edilir. Qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları, tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri və tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları barədə isə heç bir bilgi verilmir.
12. Növbəti təqdim edilməyən bilgilər qurumun norma- (qanun)yaratma fəaliyyəti barədə olan bilgilərdir.
13. Saytın texniki imkanları normaldır. Sadəcə abunə imkanı çatışmır.