Azərbaycan Respublikası Ali Məhkəmənin www.supremecourt.gov.az ünvanlı İnternet saytı, icmalda da qeyd etdiyimiz kimi, bir qədər qarmaqarışıq resurs təsiri bağışlayır. Bununla belə bəzi bölmələr üzrə tam və dolğun bilgi verilməsi də nəzərdən qaçmır. Saytın texniki imkanları onun daha da təkmilləşdirilməsini mümkün edən əsas amillərdən birincisidir. Bu baxımdan belə qənaətə gələrik qurumun saytını təkmilləşdirmək olar. Heç bir bilgi verilməyən bölmələr üzrə hər hansı ayrıntılı tövsiyə vermə imkanımız olmasa da ümumi şəkildə həmin bölmələrə də bilgi əlavə edilməsini deyə bilərik. Ümumilikdə isə, bəzi tövsiyələrimizi aşağıda təqdim edirik:
1. Qurum ilə bağlı təqdim edilmiş informasiyalar sırasına qurumun öncəki rəhbərləri haqqında bilgilərin əlavə edilməsini tövsiyə edə bilərik.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə bilinin də təqdim edilməsi yaxşı olardı.
3. Qurumun strukturu haqqında təqdim edilmiş bilgilər tam və dolğun olduğundan əlavə bir tövsiyəyə gərək duyulmur.
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından da bütün gərəkli bilgilər əks etdirildiyi üçün yenə də tövsiyəyə gərək yoxdur.
5. Qurumun cari fəaliyyəti haqqında mətbuat üçün açıqlamaların daha operativ hala gətirilməsi və qurumdaxili əmr və qərarlar, onların reyestri, qurumun icra etdiyi proqramlar haqqında bilgilərin təqdim edilməsi tövsiyə olunur.
6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında qurumun büdcəsi və onun icrası haqqında məlumat və büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə məlumatların əks etdirilməsi tövsiyə olunur.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında verilmiş məlumatlar sırasına qaynar xətt nömrəsinin və xidmətlərdən istifadə qaydaları barədə bilgilərin əlavə edilməsi tövsiyələr sırasındadır.
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında isə qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar haqqında, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və boş iş yerləri haqqında elanların arxivi barədə məlumatların saytda yerləşdirilməsi tövsiyə olunur.
9. Növbəti təqdim edilməsi tövsiyə olunan bilgi sahə işçilərinin əmək haqları barədə olan bilgilərdir.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi və dövlət qurumunda vətəndaşların qəbul qaydaları haqqında bilgilərin verilməsinə ehtiyac var.
11. Tender və yarışmaların keçirilməsi ilə bağlı qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları, tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi və tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları barədə bilgilərin də təqdim edilməsi yaxşı olardı.
12. Yaxşı olardı ki, qurumun norma- (qanun)yaratma fəaliyyəti barədə qurumun cari norma- (qanun)yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələri, bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri, və qurumun norma- (qanun)yaratma fəaliyyəti ilə bağlı arxiv əks etdirilsin.
13. Saytın texniki imkanlarınsan yaxşı istifadə edilməsi və abunə imkanının daxil edilməsi tövsiyə olunur.