Thursday 21st November 2024,

2012

Ξ Leave a comment

Azərbaycan Respublikası Qusar Rayon İcra Hakimiyyəti www.qusar-ih.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by

Azərbaycan Respublikası Qusar Rayon İcra Hakimiyyəti www.qusar-ih.gov.az domen adlı İnternet resursu da yaradılıb lakin sonradan unudulan resurslar sırasındadır. Hətta bəzi bilgilər heç yaradıldığı andan belə bir çox bilgilər saytda əks etdirilməyib. Həmçinin sayt görünüş olaraq da digər saytlardan fərqlənmir. Sayta nəzarətin olmadığını cari informasiyalara baxmaqla demək mümkündür. Burada ən son təqdim edilmiş informasiya 23 sentyabr 2011-ci ilə aiddir. Ümumilikdə isə saytın durumu aşağıda təsvir edildiyi kimidir:

1.    Rayon haqqındakı bilgilər yetərli sayılacaq qədərdir. Burada rayonun tarixi, əhalisi, coğrafi mövqeyi, təhsili, səhiyyəsi, mədəniyyəti haqqında bilgilər yer almışdır. Qurum haqqında isə qurumun rəhbərinin qısaca bioqrafiyası və dövlət qulluqçusunun etik davranış  qaydaları haqqında AR qanunu təqdim edilir.  Çatışmayan bilgilər quruma daha öncə başçılıq etmiş şəxslər barədə bilgilər və qurumun əsasnaməsidir.   

2.    Ziyarətçilərin əks əlaqəsi üçün qurumun ünvanı, telefon və faks nömrələri, e-poçt ünvanları təqdim edilsə də qurumun ünvanın sxemi və quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında bilgi verilmir.

3.    Qurumun strukturunun sxemi, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, əsas idarə və müəssisələr, banklar, təhsil və mədəniyyət qurumları haqqında bilgilər və bələdiyyələr haqqında bilgilər saytda öz əksini tapmışdır. Lakin qurumun strukturu barədə sözlü bilgilər, qurumun alt bölmələri, yerli icra nümayəndəlikləri və struktur bölmələrinin səlahiyyət çərçivələri haqqında bilgilər yoxdur.

4.    Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından rəhbərin qısaca bioqrafiyası, qurumun rəhbəri, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri və qurum ilə əks əlaqə üçün ümumi imkanlar təqdim edilir. Burada çatışmayan struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, vətəndaşların müraciətlərinə baxılma qaydası və rayondan seçilmiş millət vəkili haqqında məlumat və əlaqə imkanı  barədə bilgilərdir.

5.    Qurumun cari fəaliyyəti haqqında təqdim edilmiş informasiyalarda operativlik yoxdur. Ən son məlumat 23 sentyabr 2011-ci ilə aid olduğundan bu məlumatların günümüzə uyğunluğu yoxdur. Mətbuat üçün açıqlamalar, rayonda həyata keçirilən dövlət layihələri və proqramları haqqında məlumatlar,  rayonun ictimai həyatı haqqında məlumatlar təqdim edilsə də bu məlumatları yetərli saymaq mümkün deyil.  

6.    Dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında bilgilər yoxdur.     

7.    Qurumun təklif etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər və xidmətlərdən istifadə qaydaları haqqında bilgilər də saytda yer almayıb.

8.    Boş iş yerləri və işə qəbulla bağlı təqdim edilməsi gərəkli olan bilgilərdən qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı mümkün komissiyalar haqqında bilgi, qurum və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar barədə heç bir bilgi verilmir.

9.    Qurumun işçilərinin əmək haqları ilə bağlı da  bilgilər də təqdim edilməyən bilgilər sırasındadır.

10.    Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında isə yalnız qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları barədə məlumat verilir. Vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi və qurumda vətəndaşların qəbul qaydaları barədə bilgilər yoxdur.

11.    Qurumda tenderlərin keçirilməsi ilə bağlı bilgilərə də rast gəlinmir.

12.    Saytın texniki imkanları yaxşıdır. Ancaq nə abunə imkanı nə də onlay müraciət imkanı verilmir.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV