Saturday 23rd November 2024,

2012

Ξ Leave a comment

Azərbaycan Milli Elmlər Akademiyasının www.elm.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

posted by

Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının www.elm.gov.az ünvanlı İnternet saytı, icmaldan da göründüyü kimi, bir sıra göstəricilərinə görə diqqət çəkə biləcək qədər yüksək səviyyədə olsa da, təəssüf ki, bəzi bölmələr üzrə heç bir bilgi verməməsi baxımından da diqqətdən kənarda qala bilmir.
Saytın texniki imkanlarının demək olar ki, yetərli olması onun işinin təkmilləşdirilməsini mümkün edən amillər sırasındadır.
Rəyimiz bundan ibarətdir ki, bu sayt təkmilləşdirilə bilər. Həm də rahat bir şəkildə. Çünki buraya sadəcə bir sıra bölmələr üzrə bilgi əlavə etmək lazımdır.
Məhz saytın texniki imkanlarını nəzərə alaraq onun təkmilləşdirilməsi ilə bağlı aşağıda bəzi tövsiyələrimizi təqdim edirik:

1.    Qurum ilə bağlı informasiyalar yetərli və dolğun olduğundan tövsiyəyə gərək duyulmur.  

2.    Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün təqdim edilməsi gərəkli olan məlumat yalnız quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədədir.

3.    Qurumun strukturu haqqında təqdim edilmiş bilgilər sırasına qurumun strukturunun sxemi və struktur bölmələrinin səlahiyyət çərçivələri haqqında bilgilərin əlavə edilməsi tövsiyə olunur.  

4.    Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından bütün bilgilər tam olduğundan əlavə tövsiyəyə gərək duyulmur.  

5.    Qurumun cari fəaliyyəti haqqında qurumun həyata keçirdiyi proqram və layihələr barədə bilgi verilməsi, qurumdaxili əmr və sərəncamlar, onların reyestri göstəriciləri üzrə bilgilərin isə daha dolğun təqdim edilməsi tövsiyə olunur.

6.    Yaxşı olardı ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə qurumun büdcəsi və onun icrası haqqında məlumat və  büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiyalar saytda əks etdirilsin.

7.    Qurum tərəfindən təklif edilən xidmətlər haqqında qurumun təklif etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, onlayn müraciət imkanı, qaynar xətt və xidmətlərdən istifadə qaydaları barədə bilgilərin əks etdirilməsi gərəklidir.  

8.    İşə qəbul qaydaları və boş iş yerləri haqqında dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar haqqında bilgi, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və boş iş yerləri haqqında elanların arxivi barədə bilgilərin də təqdim edilməsi tövsiyə olunur.

9.    Eyni tövsiyə sahə işçilərinin əmək haqları barədə olan bilgilərə də aid edilir.  

10.    Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə bilgilər (vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi, dövlət qurumunda vətəndaşların qəbul qaydaları, qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları, dövlət qulluqçusunun etika qaydaları haqqında bilgi) təqdim edilməsi gərəkli olan bilgilərdir.  

11.    Tender və yarışmaların keçirilməsi ilə bağlı qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları, tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi, tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları barədə bilgilər də təqdim edilməsi tövsiyə olunan bilgilərdir.

12.    Qurumun norma- (qanun)yaratma fəaliyyəti barədə qurumun cari norma- (qanun)yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələri (tam mətni), bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri, qurumun norma- (qanun)yaratma fəaliyyəti ilə bağlı arxiv barədə bilgilərin təqdim edilməsi tövsiyə olunur.  

13.    Saytın texniki imkanları sırasına abunə və əks əlaqə üçün onlayn yazışma formasının əlavə edilməsi də tövsiyə olunur.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV