Thursday 21st November 2024,

2012

Ξ Leave a comment

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin www.socar.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

posted by

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin www.socar.gov.az ünvanlı İnternet saytı, icmaldan da anlaşıldığı kimi, özünün tərtibatı, istifadə rahatlığı, funksionallıq və bir sıra bölmələrinin dolğunluğu baxımından yüksək səviyyədə tərtib edilməklə yanaşı bəzi çatışmazlıqlardan da xali deyil.
Bununla belə saytın texniki imkanları onun təkmilləşdirilməsinin çox da çətin olmadığından xəbər verir. Məhz onu nəzərə alaraq aşağıda bu resursun təkmilləşdirilməsi üçün bəzi tövsiyələrimizi təqdim edirik:

1.    Qurum ilə bağlı informasiyalara yalnız quruma daha öncə başçılıq etmiş şəxslər barədə bilgilərin daxil edilməsi tövsiyə olunur.
 
2.    Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün yaxşı olardı ki, təqdim edilmiş imkanlar sırasına qurumun ünvanı, müvafiq olaraq onun marşrut və sxemi, ora gəlmək üçün ictimai nəqliyyat haqqında bilgilər də əlavə edilsin. 

3.    Qurumun struktur barədə bilgilərin yetərli və dolğun olması üçün qurumun strukturunun ümumi sxeminin əlavə edilməsi tövsiyə olunur.

4.    Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından bütün bilgilər tam və dolğun olduğundan əlavə tövsiyəyə gərək yoxdur.

5.    Qurumun cari fəaliyyəti haqqında təqdim edilmiş informasiyalar sırasına qurumdaxili əmr və qərarlar, onların reyestri barədə məlumatların da əlavə edilməsi tövsiyə olunur.

6.    Yaxşı olardı ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə qurumun büdcəsi və onun icrası haqqında məlumat və büdcədənkənar daxilolmalar və onların istiqamətləri haqqında informasiyalar təqdim edilsin. 

7.    Qurum tərəfindən təklif edilən xidmətlər haqqında qurumun təklif etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, qaynar xətt və xidmətlərdən istifadə qaydaları barədə bilgilərin təqdim edilməsi gərəklidir.

8.    İşə qəbul qaydaları və boş iş yerləri haqqında isə işə qəbulla bağlı komissiyalar haqqında bilgilərin əlavə edilməsi kifayətdir.

9.    Sahə işçilərinin əmək haqları barədə rəhbər, onun müavinləri və struktur bölmələri rəhbər işçilərinin mövcud tarif stavkası haqqında bilgilərin təqdim edilməsi tövsiyələr sırasındadır.

10.    Vətəndaşların qəbul şərtləri və qəbul günləri barədə ümumilikdə qəbulun norma və qaydaları, qurumda qəbul qaydaları, etika qaydaları haqqında bilgi verilməsi tövsiyələr sırasındadır.

11.    Tender və yarışmaların keçirilməsi ilə bağlı qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları, tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi, tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları barədə bilgilərin təqdim edilməsinə ehtiyac var.

12.    Qurumun norma- (qanun)yaratma fəaliyyəti barədə isə qurumun cari norma- (qanun)yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələri (tam mətni), bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri və qurumun norma- (qanun)yaratma fəaliyyəti ilə bağlı arxivin təqdim edilməsi də tövsiyə olunur.

13.    Saytın texniki imkanları yüksək səviyyədədir və əlavə tövsiyəyə gərək yoxdur.
 

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV