Thursday 21st November 2024,

2012

Ξ Leave a comment

Azərbaycan Respublikası Laçın Rayon İcra Hakimiyyəti www.lachin-ih.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

posted by

Azərbaycan Respublikası Laçın Rayon İcra Hakimiyyəti  www.lachin-ih.gov.az domen adlı İnternet resursu icmaldan da göründüyü kimi bütün bilgilər yetərli şəkildə deyil. Burada təqdim edilmiş bilgilər çox bilgilərin çatışmamazlığını nəzərdən yayındırmağa yetmir. Təqdim edilməyən bilgilər isə ən çox gərəkli olan bilgilər sırasındadır.  Bunun üçün də aşağıdakı bəndlər üzrə təklif edəcəyimiz tövsiyələr saytın dolğunlaşdırılması üçün nəzərdə tutulub.

1.    Rayon haqqındakı bilgilər sırasına mədəniyyət və səhiyyə barədə bilgilərin də daxil edilməsi tövsiyə olunur. Qurum haqqında isə qurumun əsasnaməsinin və  quruma daha öncə başçılıq etmiş şəxslər barədə bilgilərin verilməsi tövsiyə olunur.

2.    Ziyarətçilərin qurum ilə əks əlaqəsinin yaxşılaşdırılması üçün isə ümumi imkanlarla yanaşı qurumun yerləşdiyi ünvanın sxemini, quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında bilgiləri əks etdirilməsi tövsiyə olunur.  

3.    Qurumun strukturu barədə verilmiş bilgilərlə yanaşı struktur haqqında sözlü bilgilər, qurumun alt bölmələri və yerli icra nümayəndəlikləri, bələdiyyələr haqqında və struktur bölmələrinin səlahiyyət çərçivələri haqqında bilgilərin təqdim edilməsi yaxşı olardı.  

4.    Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından isə struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilərin, vətəndaşların müraciətlərinə baxılma qaydasının və rayondan seçilmiş millət vəkili haqqında məlumat və əlaqə imkanının təqdim edilməsinə gərək duyulur.  

5.    Qurumun cari fəaliyyəti haqqında informasiyalar operativdir və yüksək qiymətləndirilir Ancaq bu bölmənin tam halda olması üçün qurumdaxili əmrlər, sərəncamlar və qərarlar barədə bilgilərin də əlavə edilməsi gərəklidir.

6.    Büdcə ilə bağlı məsələlər haqqında bilgilərin verilməsi yaxşı olardı.

7.    Növbəti tövsiyə qurumun təklif etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər,  elektron formada təklif olunan xidmətlər və xidmətlərdən istifadə qaydaları haqqında bilgilərin təqdim edilməsi barədədir.

8.    Boş iş yerləri və işə qəbulla bağlı bilgilərin təqdim edilməsi lazımlıdır.  

9.    Qurumun işçilərinin əmək haqları ilə bağlı bilgilərin təqdim edilməsi informasiya açıqlığı baxımından lazımlıdır.
    
10.    Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında isə vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi və qurumda vətəndaşların qəbul qaydaları barədə bilgilərin əks etdirilməsi tövsiyə olunur.   

11.    Qurumda tenderlərin keçirilməsi ilə bağlı elanlar, qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları və dövlət orqanları tərəfindən tender və yarışmaların keçirilməsinin qaydaları ilə bağlı ümumi informasiyaların verilməsi tövsiyələr sırasındadır.    

12.    Saytın texniki imkanları normaldır. Sadəcə imkanlar sırasına abunə imkanının və onlayn müraciət formasını daxil edilməsi yaxşı olardı.
 

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV