Thursday 21st November 2024,

2012

Ξ Leave a comment

Azərbaycan Respublikası Laçın Rayon İcra Hakimiyyəti www.lachin-ih.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by

Azərbaycan Respublikası Laçın Rayon İcra Hakimiyyəti  www.lachin-ih.gov.az domen adlı İnternet resursu normal sayıla biləcək bir resursdur. Lakin burada monitorinq üçün gərəkli informasiyaların çoxuna rast gəlinmir. Məsələn ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası, icra hakimiyyəti tərəfindən təklif edilən xidmətlər, işə qəbul qaydaları və boş iş yerləri, sahə işçilərinin əmək haqları barədə bilgilərə rast gəlinmir.  Ümumilikdə isə saytın durumu aşağıdakı kimidir:

1.    Rayon haqqındakı bilgilər yetərli sayıla bilər. Sadəcə mədəniyyət və səhiyyə bölmələri açılmır.  Qurum haqqında qurumun rəhbərinin bioqrafiyası və dövlət qulluqçusunun etik davranış  qaydaları haqqında AR qanunu barədə bilgilər  təqdim edilir. Burada qurumun əsasnaməsi və  quruma daha öncə başçılıq etmiş şəxslər barədə bilgilər verilmir.

2.    Ziyarətçilərin əks əlaqəsi üçün qurumun ünvanı, indeksi, telefon və faks nömrələri, e-poçt ünvanları təqdim edilsə də qurumun ünvanının sxemi və quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında bilgi verilmir.

3.    Qurumun strukturunun sxemi və struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar təqdim edilir. Lakin  qurumun alt bölmələri və yerli icra nümayəndəlikləri, struktur bölmələrinin səlahiyyət çərçivələri və bələdiyyələr haqqında bilgilər yoxdur.  

4.    Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə haqqındakı qurumun rəhbəri və struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, rəhbər və ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları, qurum ilə əks əlaqə üçün ümumi imkanlar barədə bilgilər təqdim edilsə də struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, vətəndaşların müraciətlərinə baxılma qaydası və rayondan seçilmiş millət vəkili haqqında məlumat və əlaqə imkanı təqdim edilir.

5.    Qurumun cari fəaliyyəti haqqında informasiyaları yüksək dəyərləndirmək olar. Burada yalnız qurumdaxili əmrlər, sərəncamlar və qərarlar barədə bilgilər çatışmır.  

6.    Dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında bilgilər təqdim edilmir.    

7.    Eyni sözləri qurumun təklif etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər,  elektron formada təklif olunan xidmətlər və xidmətlərdən istifadə qaydaları haqqında da demək mümkündür.

8.    Boş iş yerləri və işə qəbulla bağlı qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi,  işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı mümkün komissiyalar haqqında bilgi, qurum və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar barədə heç bir bilgi verilmir.

9.    Qurumun işçilərinin əmək haqları ilə bağlı da  bilgilər saytda əks etdirilmir.

10.    Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında isə yalnız qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları barədə məlumat verilir. Vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi və qurumda vətəndaşların qəbul qaydaları barədə bilgilər yoxdur.

11.    Qurumda tenderlərin keçirilməsi ilə bağlı elanlar, qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları və dövlət orqanları tərəfindən tender və yarışmaların keçirilməsinin qaydaları ilə bağlı ümumi informasiyalara rast gəlinmir.   

12.    Saytın texniki imkanları normaldır. Lakin abunə imkanı və onlayn müraciət forması təqdim edilmir.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV