Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) www.ombudsman.gov.az ünvanlı İnternet saytı, icmal hissədə olduğu kimi burada da təkrarlamaq istərdik ki, bir sıra göstəricilər baxımından heç də ürəkaçan durumda deyil.
Bununla belə saytın texniki imkanları onun təkmilləşdirilməsini mümkün edir. Əsas məsələ odur ki, bu halda sayta sadəcə yeni xidmətlər və bilgilər əlavə etmək lazımdır. Ona görə də aşağıda bu yöndə bəzi tövsiyələrimizi təqdim etmək istərdik:
1. Qurum ilə bağlı bilgilər tam şəkildə təqdim edildiyindən əlavə tövsiyə söylənilmir.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün qurumun ünvanının marşrut və sxemi, həmçinin bura gəlmək üçün ictimai nəqliyyat barədə bilgilərin təqdim edilməsi tövsiyə olunur.
3. Qurumun strukturu barədə təqdim edilmiş bilgilər sırasına qurumun strukturunun ümumi sxemi, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin dəqiq (tam) ünvanları və struktur bölmələrinin səlahiyyət çərçivələri barədə bilgilərin əlavə edilməsi tövsiyə olunur.
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından isə struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, qurumun rəhbəri ilə əks əlaqə imkanları və ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları barədə bilgilərin təqdim edilməsi gərəklidir.
5. Qurumun cari fəaliyyəti haqqında isə qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla) və qurumun həyata keçirdiyi proqram və layihələr barədə bilgilərin təqdim edilməsinə ehtiyac var.
6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə isə qurumun büdcəsi və onun icrası haqqında məlumat və büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiyaların təqdim edilməsi tövsiyə olunur.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında təqdim edilmiş bilgilərlə bərabər elektron formada təklif olunan xidmətlər barədə də bilgilərin təqdim edilməsi yaxşı olardı.
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar haqqında ola bilgilər əks etdirilməsi gərəkli bilgilərdir.
9. Sahə işçilərinin əmək haqları barədə bilgilərin saytda yer alması tövsiyə olunur.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi, dövlət qurumunda vətəndaşların qəbul qaydaları və dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilərin əks etdirilməsi yaxşı olardı
11. Tender və yarışmaların keçirilməsi ilə bağlı bütün bilgilərin (qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları, tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi, tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları) təqdim edilməsinə gərək var.
12. Növbəti təqdim edilməsi gərkəli olan bölmə qurumunun norma- (qanun)yaratma fəaliyyəti barədədir.
13. Saytın texniki imkanları yetərlidir. Yalnız abunə imkanının əlavə edilməsi tövsiyə olunur.