Thursday 21st November 2024,

2012

Ξ Leave a comment

Azərbaycan Respublikası Prezident Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının www.cssn.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by

Azərbaycan Respublikası Prezident Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının www.cssn.gov.az ünvanlı İnternet saytı bir sıra göstəricilər baxımından diqqət çəkə biləcək həddədir. Bəzi gərəkli bilgilər və qurumun rəhbərliyindəki şəxslər haqqında bioqrafik bilgilər tam olaraq təqdim edilib.
Saytın funksionallığı və istifadə rahatlığı da öz yerindədir. Abunə imkanı təklif edilməsə də onlayn yazışma forması var.
Təəssüf ki, saytda e-xidmətlər adına heç nə təqdim edilmir. Qaynar xətt telefon nömrəsi də yoxdur. Çatışmayan daha bir məqam da qurumun ünvanının marşrut və sxemi haqqında bilgidir. Şəffaflıq baxımından gərəkli olan büdcə, tender, yarışmalar, əmək haqqı haqqında da heç bir bilgi verilməməsi nəzərdən qaçmır.
Ümumilikdə isə saytın durumu aşağıdakı kimidir:

1.    Qurum ilə bağlı informasiyalar tam və dolğun şəkildə təqdim edilir. Burada qurumun tarixi, rəhbərləri haqqında və kollegiya, qurumun fəaliyyətini təmin edən qanunverici baza haqqında bilgilər yer almışdır.  

2.    Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün qurumun yerləşdiyi ünvan, həm ümumi xarakterli, həm də ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları tam şəklidə təqdim edilir. Lakin qurumun ünvanının marşrut və sxemi, quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə bilgi verilmir

3.    Qurumun strukturu barədə isə təəssüf ki, qurumun tabeliyindəki informasiya sistemlərindən başa heç bir bilgi təqdim edilmir. Qurumun strukturunun ümumi sxemi, qurumun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin dəqiq (tam) ünvanları və struktur bölmələrinin səlahiyyət çərçivələri barədə olan bilgilər təqdim edilməyən bilgilərdir.  

4.    Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından isə əsas rəhbərin və onun müavinlərinin bioqrafiyaları, qurumun rəhbəri ilə əks əlaqə imkanları, qurum ilə əks əlaqə üçün ümumi imkan yetərli səviyyədə təqdim edilib. Lakin struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər və ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları isə verilməyib.

5.    Qurumun cari fəaliyyəti haqqında mətbuat üçün açıqlamalar, quruma aid olan informasiya, quruma aid olan hər cür başqa cari informasiya barədə təqdim edilmiş  bilgiləri yetərlidir. Burada çatışmayan qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla) və qurumun həyata keçirdiyi proqram və layihələr haqqında bilgilərdir.

6.    Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə bilgilər rast gəlinmir.

7.    Qurum tərəfindən təklif edilən xidmətlər haqqında qurumun təklif etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, onlayn müraciət imkanı və xidmətlərdən istifadə qaydaları barədə bilgilər verilir. Elektron formada təklif olunan xidmətlər və  qaynar xətt bilgisi isə yoxdur.

8.    İşə qəbul qaydaları və boş iş yerləri haqqında heç bir bilgi verilmir.

9.    Sahə işçilərinin əmək haqları barədə də heç bir bilgiyə rast gəlinmir.

10.    Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) baxımından isə dövlət qurumunda vətəndaşların qəbul qaydaları, qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları təqdim edilir. Ancaq vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi və dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilər yoxdur.

11.    Növbəti təqdim edilməyən bilgilər tender və yarışmaların keçirilməsi ilə bağlı bilgilərdir.  

12.    Qurumun norma- (qanun)yaratma fəaliyyəti barədə də bilgilər yoxdur.

13.    Saytın texniki imkanları yaxşı dəyərləndirilir. Burada ancaq abunə imkanı çatışmır.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV