“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin www.railway.gov.az ünvanlı İnternet saytı, icmaldan da anlaşıldığı kimi, heç də yetərincə zəngin olması ilə fərqlənmir. Burada çatışmayan bilgilər həddən artıq çoxdur.
Bununla belə, saytın texniki imkanları onun təkmilləşdirilməsini mümkün edir. Sayt üzərində bir az iş aparmaqla orada tam tərkibli e-xidmətlər qurmaq, abunə və onlayn yazışma forması əlavə etmək olar.
Daha bir vacib məqam isə ondan ibarətdir ki, bu saytın şəffaflıq baxımından çox gərəkli olan büdcə, əmək haqqı, tenderlər kimi bölmələri üzrə bilgilərini əlavə etmə imkanı var.
Bütün deyilənləri nəzərə alaraq aşağıda bəzi tövsiyələrimizi təqdim edirik:
1. Qurum ilə bağlı informasiyalara sırasına qurumun rəhbərləri haqqında bilgilərin də əlavə edilməsi tövsiyə olunur.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün ümumi imkanlarla yanaşı qurumun ünvanının marşrut və sxemi, quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə bilgilərin də təqdim edilməsi tövsiyə olunur.
3. Yaxşı olardı ki, qurumun strukturu barədə təqdim edilmiş bilgilər sırasına struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar və struktur bölmələrinin dəqiq (tam) ünvanları haqqında bilgilər də əlavə edilsin.
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından isə rəhbərin və onun müavinlərinin bioqrafiyaları, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, qurumun rəhbəri ilə əks əlaqə imkanları və ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları haqqında bilgilərin əks etdirilməsi zəruridir.
5. Qurumun cari fəaliyyəti haqqında informasiyalar sırasına mətbuat üçün açıqlamalar və qurumdaxili əmr və qərarların reyestri barədə bilgiləri əlavə etmək lazımdır.
6. Yaxşı olardı ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə bilgilər saytda əks etdirilsin.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında elektron formada təklif olunan xidmətlər barədə bilgilərin daha ayrıntılı və tam şəkildə təqdim edilməsi və onlayn müraciət forması, qaynar xətt nömrəsi haqqında bilgilərin verilməsi tövsiyələr sırasındadır.
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və boş iş yerləri haqqında elanların arxivi barədə bilgilərin təqdim edilməsi gərəklidir.
9. Sahə işçilərinin əmək haqları barədə bilgilərin də təqdim edilməsi tövsiyə olunur.
10. Eyni tövsiyə vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə olan bölməyə də şamil edilir.
11. Tender və yarışmaların keçirilməsi ilə bağlı qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları, tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi, tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları barədə bilgilərin də təqdim edilməsi tövsiyələr sırasındadır.
12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti barədə qurumun cari norma- (qanun)yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələri (tam mətni), bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri. qurumun norma- (qanun)yaratma fəaliyyəti ilə bağlı arxiv barədə bilgilərin də təqdim edilməsinə ehtiyac var.
13. Saytın texniki imkanları sırasına abunə və əks əlaqə üçün onlayn müraciət formasının da əlavə edilməsi gərəklidir.