“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin www.railway.gov.az ünvanlı İnternet saytı, təəssüflər olsun ki, heç də ürəkaçan səviyyədə zəngin və dolğun deyil. Saytda ən adi cari informasiyalar belə gözə dəymir. Sayta son əlavə bu ilin yanvar ayında edilib. Ondan sonra isə heç bir cari informasiya əlavə edilməyib.
Saytın texniki imkanları – funksionallığı və istifadə rahatlığı öz yerindədir. Ancaq bu heç də o demək deyil ki, bu resurs bu yöndən tam gərəkli durumdadır. Burada bilet satışından başqa heç bir e-xidmət gözə dəymir. Hətta onlayn yazışma forması və abunə təklifi də yoxdur.
Bir sıra bölmələr üzrə bilgilər isə tamdır. Təbii ki, həmin bölmələrin tam olması ilə bərabər bəzi göstəricilər üzrə bilgi çatışmazlığı da diqqətdən qaçmır.
Ümumilikdə isə bu resurs aşağıdakı kimidir:
1. Qurum ilə bağlı qurumun tarixi və qanunverici bazası haqqında tam bilgi verilib. Yalnız qurumun rəhbərləri haqqında heç bir bilgi yoxdur.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün qurumun yerləşdiyi ünvan, həm ümumi xarakterli, həm də ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları tam sayıla biləcək qədərdir. Qurumun ünvanının marşrut və sxemi, quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə isə bilgi yoxdur.
3. Qurumun strukturu barədə qurumun strukturunun ümumi sxemi, qurumun alt bölmələri və regional strukturu, struktur bölmələrinin səlahiyyət çərçivələri və qurumun tabeliyindəki informasiya sistemləri haqqında bilgiləri tam hesab etmək olar. Ancaq struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar və struktur bölmələrinin dəqiq (tam) ünvanları haqqında isə heç bir bilgi verilmir.
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından rəhbərin və onun müavinlərinin bioqrafiyaları, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, qurumun rəhbəri ilə əks əlaqə imkanları və ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları haqqında heç bir bilgi verilməyib. Burada ancaq qurum ilə əks əlaqə üçün ümumi imkan yetərli səviyyədə təqdim olunur.
5. Qurumun cari fəaliyyəti haqqında quruma aid informasiya və hər cür başqa cari informasiyalar tam şəkildə təqdim edilsə də qurumdaxili əmr və qərarlar, həyata keçirilən proqramlar haqqında tam olmayan bilgi verilir. Mətbuat üçün açıqlamalar və qurumdaxili əmr və qərarların reyestri barədə isə tamamilə bilgi yoxdur.
6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə bilgilərə saytda rast gəlinmir.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında qurumun təklif etməli olduğu mütləq xidmətlər və qurum tərəfindən təklif edilən əlavə xidmətlər barədə bilgilər tam hesab oluna bilər. Elektron formada təklif olunan xidmətlər isə tam şəkildə deyil. . Onlayn müraciət imkanı və qaynar xətt nömrəsi isə təqdim edilmir.
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında heç bir bilgi saytda yer almayıb.
9. Sahə işçilərinin əmək haqları barədə də eyni sözləri demək mümkündür.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə də təəssüf ki, heç bir bilgi verilmir.
11. Növbəti təqdim edilməyən bilgilər tender və yarışmaların keçirilməsi ilə bağlı bilgilərdir.
12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti barədə də bilgilərə rast gəlinmir.
13. Saytın texniki imkanları ortadır və burada abunə və əks əlaqə üçün onlayn forma çatışmır.