Tuesday 03rd December 2024,

2012

Ξ Leave a comment

Azərbaycan Respublikası Masallı Rayon İcra Hakimiyyəti www.masalli-ih.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by

Azərbaycan Respublikası Masallı Rayon İcra Hakimiyyəti www.masalli-ih.gov.az domen adlı İnternet resursu həm görünüş baxımından həm də məlumat baxımından fərqlənir. Saytın quruluşu gözəl tərtib edilib. Məlumatlar isə zənginliyi ilə göz qamaşdırmasa da digər resurslarla müqayisədə zəngindir. Sayt cari informasiyalar baxımından isə xüsusilə fərqlənir. Lakin təqdim edilmiş bilgilərlə yanaşı məlumat çatışmamazlıqları da var. Saytın ümumi görünüşü aşağıdakı kimidir:

1.    Rayon haqqındakı bilgilər zəngindir demək olar. Burada gərəkli bilgilər əks etdirilir. Qurum haqqında qurumun rəhbəri haqqında qısaca bilgi və qurumun əsasnaməsi təqdim edilir. Ancaq dövlət qulluqçusunun etik davranış  qaydaları haqqında AR qanunu barədə və qurumun öncəki rəhbərləri haqqında bilgilər yoxdur.

2.    Ziyarətçilərin əks əlaqəsi üçün qurumun telefon və faks nömrələri, e-poçt ünvanları təqdim edilsə də əsas olan qurumun ünvanı barədə və quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında heç bir bilgi verilmir.

3.    Qurumun strukturunun sxemi və yerli icra nümayəndəlikləri barədə bilgilər təqdim edilir. Lakin qurumun strukturu haqqında sözlü bilgilər, qurumun alt bölmələri, struktur bölmələrinin səlahiyyət çərçivələri və bələdiyyələr haqqında heç bir bilgiyə rast gəlinmir.  

4.    Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından qurumun rəhbəri haqqında qısaca bilgi, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri və qurum ilə əks əlaqə üçün ümumi imkanlar, imkanları və rayondan seçilmiş millət vəkili haqqında məlumat və əlaqə imkanı barədə bilgilər verilir. Rəhbərin müavinlərinin bioqrafiyaları,      struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, qurumun rəhbəri ilə əks əlaqə imkanları və vətəndaşların müraciətlərinə baxılma qaydası barədə bilgilər isə yoxdur.

5.    Qurumun cari fəaliyyəti haqqında mətbuat üçün açıqlamalar, rayonun ictimai həyatı haqqında məlumatlar və rayonun media qurumları haqqında bilgilər təqdim edilsə də rayonda həyata keçirilən dövlət layihələri və proqramları haqqında və qurumdaxili əmrlər, sərəncamlar və qərarlar barədə heç bir bilgiyə rast gəlinmir.   

6.    Dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında bilgilər əks etdirilmir.

7.    Qurumun təklif etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər,  elektron formada təklif olunan xidmətlər və xidmətlərdən istifadə qaydaları haqqında bilgilərə də rast gəlinmir.

8.    Boş iş yerləri və işə qəbulla bağlı bölmə yaradılsa da bu bölmədə qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi,  işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı mümkün komissiyalar haqqında bilgi, qurum və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar barədə bilgilərin heç birisi əks etdirilməyib.

9.    Qurumun işçilərinin əmək haqları ilə bağlı da bilgilər əks etdirilmir.  

10.    Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları haqında qısa məlumatlar təqdim edilir. Ancaq qurumda vətəndaşların qəbul qaydaları və vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgilərə rast gəlinmir.  

11.    Qurumda tenderlərin keçirilməsi ilə bağlı elanlar, qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları və dövlət orqanları tərəfindən tender və yarışmaların keçirilməsinin qaydaları ilə bağlı ümumi informasiyalar saytda öz əksini tapmayıb.  

12.    Saytın texniki imkanları yüksək qiymətləndirilir. Burada çtışmayan yalnız abunə imkanıdır.   

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV