Thursday 21st November 2024,

2012

Ξ Leave a comment

Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin www.azal.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

posted by

Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin www.azal.az ünvanlı İnternet saytı, özəlliklə e-xidmət üzrə bilgilər baxımından mükəmməl qurulsa da onun bir çox bölmələr üzrə heç bir bilgi daşımaması təəssüf doğurur. Saytın texniki imkanları yüksək səviyyədədir. Özəlliklə də onlayn bilet satışının təşkili və istifadə rahatlığı qeyd edilməlidir. Lakin bununla belə saytın ciddi şəkildə təkmilləşdirilməsinə də ehtiyac var. Yuxarıda deyilənləri nəzərə alaraq aşağıda bu resursun təkmilləşdirilməsi ilə bağlı bəzi tövsiyələrimizi sizə təqdim edirik:

1.    Qurum ilə bağlı bilgilərdə rəhbərləri və kollegiya, qanunverici baza haqqında bilgilərin yer alması gərəklidir.  

2.    Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün qurumun yerləşdiyi ünvan, həm ümumi xarakterli, həm də ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları, qurumun ünvanının marşrut və sxemi, quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə olan bilgilərin təqdim edilməsi zəruridir.

3.    Qurumun strukturu barədə qurumun strukturunun ümumi sxemi, qurumun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin səlahiyyət çərçivələri haqqındakı bilgilər təqdim edilməsi gərəkli olan bilgilərdir.

4.    Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından əsas rəhbərin və onun müavinlərinin bioqrafiyaları, bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, qurumun rəhbəri ilə əks əlaqə imkanları, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları və qurum ilə əks əlaqə üçün ümumi imkanlar barədə ayrıntılı bilgilərin təqdim edilməsi tövsiyə olunur.

5.    Qurumunun cari fəaliyyəti haqqında təqdim edilmiş bilgilərlə bərabər mətbuat üçün açıqlamalar, quruma aid olan hər cür başqa cari informasiya, qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri haqqında ayrıntılı bilgilərin təqdim edilməsi tövsiyə olunur.

6.    Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə qurumun büdcəsi və onun icrası haqqında məlumat, büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiyaların təqdim edilməsi yaxşı olardı.  

7.    Qurum tərəfindən təklif edilən xidmətlər haqqında isə onlayn müraciət imkanı və qaynar xətt nömrəsinin təqdim edilməsi faydalı olardı.

8.    İşə qəbul qaydaları və boş iş yerləri haqqında dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar haqqında, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və boş iş yerləri haqqında elanların arxivi barədə bilgilərin təqdim edilməsi də gərəklidir.

9.    Yaxşı olardı ki, sahə işçilərinin əmək haqları barədə bilgilər saytda əks etdirilsin.

10.    Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi, dövlət qurumunda vətəndaşların qəbul qaydaları və dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilərin verilməsi tövsiyələr sırasındadır.  

11.    Tender və yarışmaların keçirilməsi ilə bağlı qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları, tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi, tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları barədə bilgilərin verilməsi də tövsiyələr sırasındadır.

12.    Dövlət qurumunun norma- (qanun)yaratma fəaliyyəti barədə isə qurumun cari norma- (qanun)yaratma fəaliyyəti. bütün mümkün normativ aktların layihələri (tam mətni), bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri, qurumun norma- (qanun)yaratma fəaliyyəti ilə bağlı bilgilərin təqdim edilməsi gərəklidir.

13.    Saytın texniki imkanları sırasına əks əlaqə üçün onlayn müraciət formasının əlavə edilməsi tövsiyə olunur.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV