Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsinin www.dyp.gov.az ünvanlı İnternet saytı, icmalda dediyimiz kimi, hər zamankı zəifliyini qoruyub saxlamaqdadır. Saytın üzərində hər hansı ciddi işin getdiyini heç cür deyə bilmirik. Burada nə çağdaş tələblər baxımından, nə də informasiya operativliyi baxımından ciddi və diqqətəlayiq irəliləyişlər gözə dəymir. E-xidmətlər ayrıca düymə ilə işarə edilsə də, bu, əslində, Daxili İşlər Nazirliyinin müvafiq xidmətinə keçiddən başqa bir şey deyil. Bütün bunlarla bərabər bu resursun təkmilləşdirilmə imkanlarını nəzərə alaraq aşağıda bu yöndə bəzi tövsiyələrimizi diqqətə çatdırırıq:
1. Qurum ilə bağlı informasiyalar sırasına qurumun rəhbərləri haqqında ayrıntılı bilgi əlavə edilməsi tövsiyə olunur.
2. Ziyarətçilərin qurum ilə əlaqəsini yaxşılaşdırılması baxımından təqdim edilmiş məlumatlar sırasına həmçinin urumun ünvanının marşrut və sxemi, quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə bilgilərin daxil edilməsi gərəklidir.
3. Qurumun strukturu barədə qurumun strukturunun ümumi sxemi, qurumun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin dəqiq (tam) ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri haqqında ayrıntılı bilgi verilməsi tövsiyə olunur.
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə əsas rəhbərin və onun müavinlərinin bioqrafiyaları, bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər və ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları haqqında bilgilərin sayta əks etdirilməsi yaxşı olardı.
5. Qurumun cari fəaliyyəti haqqında mətbuat üçün açıqlamaların daha operativ təqdim edilməsi, quruma aid olan informasiya, quruma aid olan hər cür başqa cari informasiya, qurumdaxili əmr və qərarların da daha dolğun şəkildə əks etdirilməsi, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla), qurumun həyata keçirdiyi proqram və layihələr barədə isə bilgi verilməsi tövsiyə olunur.
6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə isə qurumun büdcəsi və onun icrası haqqında məlumat və büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiyaların verilməsi yaxşı olardı.
7. Qurum tərəfindən təklif edilən xidmətlər baxımından qurum tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, qaynar xətt, xidmətlərdən istifadə qaydaları haqqında ayrıntılı bilgi verilməsi gərəklidir.
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında isə dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında daha yeni elanlara gərək var. Dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar, və boş iş yerləri haqqında elanların arxivi haqqında bilgilərin isə təqdim edilməsi tövsiyə olunur.
9. Yaxşı olardı ki, sahə işçilərinin əmək haqları barədə bilgilər saytda yer alsın.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi, dövlət qurumunda vətəndaşların qəbul qaydaları və dövlət qulluqçusunun etika qaydaları haqqında olan bilgilərin çatışmamazlığının aradan qaldırılması tövsiyə olunur.
11. Tender və yarışmaların keçirilməsi ilə bağlı qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları, tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi, tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları barədə bilgilərin verilməsi yaxşı olardı.
12. Növbəti tam şəkildə təqdim edilməsi gərəkli olan bilgilər qurumun norma- (qanun)yaratma fəaliyyəti barədə olan (qurumun cari norma- (qanun)yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələri (tam mətni), bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri, qurumun norma- (qanun)yaratma fəaliyyəti ilə bağlı arxiv) bilgilərdir.
13. Saytın texniki imkanlarından istifadə edərək təqdim edilən abunə imkanının işlək hala gətirməsi tövsiyə olunur.