Thursday 21st November 2024,

2012

Ξ Leave a comment

Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsinin www.dyp.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by

Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsinin www.dyp.gov.az ünvanlı İnternet saytı, hər zamankı kimi hələ də yerində saymaqdadır. Sayt üzərində hər hansı ciddi təkmilləşdirmə işi gözə dəymir. Bundan başqa operativ informasiyalar baxımından da bu resurs geridə qalır. Düzdür, saytın istifadə rahatlığı və funksionallığı yetərli sayıla bilər. Ancaq e-xidmətlərin yoxluğu diqqətdən qaçmır. Baxmayaraq ki, əlbəttə belə xidmətlər haqqında keçid düyməsi nəzərə çarpır. Saytda çox gərəkli bölmələr üzrə heç bir bilginin yoxluğu dərhal özünü göstərir. Burada ən adi büdcə bilgiləri, əmək haqqı və şəffaflıq baxımından gərəkli olan başqa bilgilər nəzərə çarpmır. Ümumilikdə saytın durumu aşağıdakı kimidir:

1.    Qurum ilə bağlı qurumun tarixi və qanunverici bazası haqqında bilgi verilsə də rəhbərləri haqqında heç nə deyilmir.

2.    Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün təqdim edilmiş qurumun yerləşdiyi ünvan, telefon və faks nömrələri, e-poçt ünvanları yetərli sayıla bilər. Ancaq qurumun ünvanının marşrut və sxemi, quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə bilgi verilmir.

3.    Qurumun strukturu barədə qurumun strukturunun ümumi sxemi, qurumun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar. struktur bölmələrinin dəqiq (tam) ünvanları və struktur bölmələrinin səlahiyyət çərçivələri barədə heç bir bilgi verilmir. Burada ancaq qurumun tabeliyindəki informasiya sistemləri barədə bilgi olduğunu deyə bilərik.

4.    Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından qurumun rəhbəri və ümumilikdə qurumla əlaqə imkanları təqdim edilir. Rəhbərin və onun müavinlərinin bioqrafiyaları, bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları haqqında bilgilər isə təqdim edilmir.  

5.    Qurumun cari fəaliyyəti haqqında mətbuat üçün açıqlamalar operativ deyil. Quruma aid olan informasiya, quruma aid olan hər cür başqa cari informasiya, qurumdaxili əmr və qərarlar isə zəif də olsa təqdim edilib. Bu cür aktların reyestri və qurumun həyata keçirdiyi proqram və layihələr barədə isə bilgi yoxdur.

6.    Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə hər hansı bilgi verilmir.

7.    Qurum tərəfindən təklif edilən xidmətlər haqqında isə qurumun təklif etməli olduğu mütləq xidmətlər və onlayn müraciət imkanı təqdim edilib. Qurum tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, qaynar xətt və xidmətlərdən istifadə qaydaları barədə isə bilgi verilmir.

8.    İşə qəbul qaydaları və boş iş yerləri haqqında dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında iki köhnə elan verilib. Dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar və boş iş yerləri haqqında elanların arxivi barədə bilgilərə isə saytda rast gəlinmir.

9.    Təqdim edilməyən daya bir məlumat sahə işçilərinin əmək haqları barədədir.  

10.    Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) baxımından vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi, dövlət qurumunda vətəndaşların qəbul qaydaları, dövlət qulluqçusunun etika qaydaları haqqında bilgi yoxdur. Qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları barədə bilgilər isə tam olmasa da verilib.

11.    Növbəti təqdim edilməyən bilgilər tender və yarışmaların keçirilməsi ilə bağlıdır.  

12.    Dövlət qurumunun norma- (qanun)yaratma fəaliyyəti haqqında isə təqdim edilməyən bilgilər bunlardır: qurumun cari norma- (qanun)yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələri (tam mətni), bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri, qurumun norma- (qanun)yaratma fəaliyyəti ilə bağlı arxiv.

13.    Yuxarıda qeyd edilən informasiyalara giriş üçün texniki imkanlar: bu bölmə üzrə bilgiləri tam saymaq olardı; yalnız təqdim edilən abunə imkanının işləmədiyini təcrübədən keçirməsəydik.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV