Azərbaycan Respublikası Neftçala Rayon İcra Hakimiyyəti www.neftchala-ih.gov.az domen adlı İnternet resursu da fərqli bir resurs təsiri bağışlayır. Təqdim edilmiş məlumatlar orta səviyyədədir. Yəni bəzi məlumatlar təqdim edilsə də gərəkli bir çox məlumatlara rast gəlinmir. Burada informasiya açıqlığı baxımından lazımlı olan boş iş yerləri, tenderlərlə bağlı bölmələr yaradılsa da daxilində məlumat yoxdur. Və demək olar ki, saytında ən əsas çatışmazlıqlardan biri rayon haqqında məlumatın olmamasıdır. Saytın ümumi görünüşü aşağıdakı kimidir:
1. Rayon haqqında təəssüf ki, bilgi kasadlığı var. Qurum haqqında isə qurumun rəhbərinin tərcümeyi halı və dövlət qulluqçusunun etik davranış qaydaları haqqında AR qanunu təqdim edim edilir. Ancaq qurumun daha öncəki rəhbərləri və qurumun əsasnaməsi barədə bilgilər yoxdur.
2. Ziyarətçilərin əks əlaqəsi üçün də bilgilər kassadır. Burada yalnız qurumun telefon nömrəsi və indek verilir. Qurumun ünvanı, faks nömrəsi, e-poçt ünvanı və quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında heç bir bilgi verilmir.
3. Qurumun strukturu barədə yalnız qurumun alt bölmələri və yerli icra nümayəndəlikləri barədə bilgi verilir. Lakin strukturun sxemi, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin səlahiyyət çərçivələri və bələdiyyələr haqqında heç bir bilgiyə rast gəlinmir.
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından qurumun rəhbərinin hərcümeyi halı və müavinləri barədə qısaca məlumat və əlaqə nömrəsi və qurum ilə əks əlaqə üçün ümumi imkan təqdim edilir. Struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, qurumun rəhbəri və ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları, vətəndaşların müraciətlərinə baxılma qaydası, və rayondan seçilmiş millət vəkili haqqında məlumat və əlaqə imkanı barədə heç bir bilgi verilmir.
5. Qurumun cari fəaliyyəti haqqında mətbuat üçün açıqlamalar təqdim edilsə də bun aşıqlamalı faydalı hesab etmək olmaz çünki ən son informasiya 01 noyabr 2011-ci ilə aiddir. Bu da bu gün üçün faydalı məlumat sayıla bilməz. Həmçinin rayonun ictimai həyatı haqqında məlumatlar əks etdirilmişdir. Rayonda həyata keçirilən dövlət layihələri və proqramları haqqında məlumatlar, qurumdaxili əmrlər, sərəncamlar və qərarlar, rayonun ictimai-siyasi qurumları, media qurumları haqqında isə heç bir bilgi yoxdur.
6. Dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında bilgilər saytda yer almamışdır.
7. Qurumun təklif etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər və xidmətlərdən istifadə qaydaları haqqında bilgilərə rast gəlinmir. Burada yalnız onlayn müraciət etmək imkanı verilir.
8. Boş iş yerləri və işə qəbulla bağlı qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı mümkün komissiyalar haqqında bilgi, qurum və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar barədə saytda heç bir bilgiyə rast gəlinmir.
9. Sahə işçilərinin əmək haqları barədə bilgilər də təqdim edilməyən bilgilərdəndir.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları haqında qrafik məlumatlar təqdim edilir. Ancaq qurumda vətəndaşların qəbul qaydaları və vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgilərə rast gəlinmir.
11. Tenderlərlə bağlı bölmə yaradılsa da burada heç bir bilgi yoxdur. Yəni bölmə yaradılsa da boş buraxılıb.
12. Saytın texniki imkanları yüksək qiymətləndirilir. Burada çatışmayan yalnız abunə imkanıdır.