Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin www.constcourt.gov.az ünvanlı İnternet saytı, icmalda da qeyd etdiyimiz kimi təəssüf doğuracaq durumdadır. Bir çox bölmələr üzrə bilgi verilməyən saytın texniki imkanları isə onun təkmilləşdirilməsini mümkün edir.
Bu sayt funksionaldır, istifadəsi rahatdır. Sadəcə içini zənginləşdirmək lazımdır. Ona görə də ümumi şəkildə belə demək olar ki, bu resursun tərkibi gərəkli bilgilərlə doldurulsa hər şey həll edilmiş olar.
Daha bir önəmli məqam isə bu saytın e-xidmətlər üzrə bilgilərlə zənginləşdirilməsidir.
Bütün bunları nəzərə alaraq aşağıda bəzi tövsiyələrimizi təqdim edirik:
1. Qurum ilə bağlı çatışmayan qurumun daha öncəki rəhbərləri haqqında bilgilərin əks etdirilməsi tövsiyə olunur.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlamasının yaxşılaşdırılması üçün təqdim edilmiş bilgilər sırasına qurumun ünvanının marşrut və sxemi, ictimai nəqliyyat barədə bilgi əlavə edilməsi tövsiyə olunur.
3. Qurumun strukturu barədə olan qurumun strukturunun ümumi sxemi, qurumun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin dəqiq (tam) ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri və qurumun tabeliyindəki informasiya sistemləri barədə bilgilər təqdim edilməsi gərəkli olan bilgilərdir.
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından həm struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, həm də ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları haqqında bilgilərin təqdim edilməsi gərəklidir.
5. Qurumun cari fəaliyyəti haqqında mətbuat üçün açıqlamaları operativ şəkildə təqdim edilməsi və qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri, qurumun həyata keçirdiyi proqram və layihələr barədə bilgilərin də təqdim edilməsi tövsiyə olunur.
6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə qurumun büdcəsi və onun icrası haqqında məlumat, büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiyaların işıqlandırılması yaxşı olardı.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında isə qurum tərəfindən təklif edilən əlavə xidmətlər; elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, qaynar xətt və xidmətlərdən istifadə qaydaları barədə də ayrıntılı bilgi verilməsi gərəklidir.
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və boş iş yerləri haqqında elanların arxivi barədə bilgilərin verilməsi tövsiyələr sırasındadır.
9. Sahə işçilərinin əmək haqları barədə bilgilərin verilməsi yaxşı olardı.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə olan vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi, dövlət qurumunda vətəndaşların qəbul qaydaları, qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları və dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilər təqdim edilməsi gərəkli bilgilərdəndir.
11. Yaxşı olardı ki, tender və yarışmaların keçirilməsi ilə bağlı qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları, tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi, tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları barədə bilgilər saytda əks etdirilsin.
12. Eyni tövsiyə qurumun norma- (qanun)yaratma fəaliyyəti barədə olan bilgilərə də (qurumun cari norma- (qanun)yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələri (tam mətni), bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri;,qurumun norma- (qanun)yaratma fəaliyyəti ilə bağlı arxiv) şamil edilir.
13. Saytın texniki imkanları sırasına yalnız abunə imkanın əlavə edilməsi gərəklidir.