Tuesday 03rd December 2024,

2012

Ξ Leave a comment

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin www.constcourt.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin www.constcourt.gov.az ünvanlı İnternet saytı, çox təəssüflər olsun ki, əksər bölmələr üzrə heç bir bilgi daşımır. Saytda ən adi bilgilər belə gözə dəymir. Cari informasiyalar baxımından isə sayt ümumiyyətlə çox zəif təsir bağışlayır.
Texniki baxımdan isə bu sayt yetərincə funksional və istifadəsi rahatdır. Bununla belə e-xidmətlər sarıdan nəinki axsayır, ümumiyyətlə belə xidmətləri yoxdur.
Resursda abunə imkanı da təklif edilmir. Vətəndaşların qəbuluna gəlincə isə bu var kimi görünsə də, əslində, yoxdur. Çünki qəbul cədvəli 2011-ci ilə aiddir. Ümumilikdə bu resursun durumu aşağıdakı kimidir:

1.    Qurum ilə bağlı qurumun tarixi və qanunverici bazası haqqında bilgi verilsə də rəhbərləri haqqında bilgi tam deyil.

2.    Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün qurumun yerləşdiyi ünvan, həm ümumi xarakterli, həm də ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları yetərli sayıla bilər. Lakin qurumun ünvanının marşrut və sxemi, quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə bilgi yoxdur.  

3.    Qurumun strukturu barədə təəssüf ki, heç bir bilgi təqdim edilmir.

4.    Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından əsas rəhbərin və onun müavinlərinin bioqrafiyaları və ümumilikdə qurumla əlaqə imkanları təqdim edilir. Struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları haqqında isə bilgi verilmir.

5.    Qurumun cari fəaliyyəti haqqında mətbuat üçün təqdim edilmiş açıqlamalar operativ deyil. Quruma aid olan informasiya, quruma aid olan hər cür başqa cari informasiya verilib, qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri və qurumun həyata keçirdiyi proqram və layihələr barədə isə bilgi yoxdur.

6.    Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə hər hansı bilgiyə rast gəlinmir.  

7.    Qurum tərəfindən təklif edilən xidmətlər haqqında yalnız qurumun təklif etməli olduğu mütləq xidmətlər və onlayn müraciət imkanı təqdim edilir. Qurum tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, qaynar xətt və xidmətlərdən istifadə qaydaları haqqında bilgilər isə təqdim edilməyən bilgilərdir.

8.    İşə qəbul qaydaları və boş iş yerləri haqqında da heç bir bilgi verilməyib.

9.    Sahə işçilərinin əmək haqları barədə də bilgilər saytda rast gəlinir.

10.    Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə olan vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi, dövlət qurumunda vətəndaşların qəbul qaydaları, qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları, dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilərdən heç birinə rast gəlinmir.

11.    Tender və yarışmaların keçirilməsi ilə bağlı qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları, tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi, tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları da saytda əks etdirilmir.

12.    Növbəti təqdim edilməyən bilgilər qurumun norma- (qanun)yaratma fəaliyyəti barədə olan qurumun cari norma- (qanun)yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələri (tam mətni), bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri, qurumun norma- (qanun)yaratma fəaliyyəti ilə bağlı arxivdir.  

13.    Saytın texniki imkanları yaxşıdır. Sadəcə abunə imkanı çatışmır.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV