Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının www.msk.gov.az ünvanlı İnternet saytı, bəlkə də bir zamanlar qurulduğu kimi yerində sayan bir resurs təsiri bağışlayır. Elə bil ki, informasiya-kommunikasiya texnologiyaları sahəsində baş verən yeniliklərin bu resursa dəxli yoxdur.
Düzdür, saytın texniki imkanları, əslində, onun təkmilləşdirilməsini mümkün edir. Ancaq görünən odur ki, ötən monitorinqimizdən sonra bu yöndə heç bir addım atılmayıb.
Deyilən iradlarla yanaşı hesab edirik ki, bu resursu da təkmilləşdirmək mümkündür. Ona görə də aşağıda bu yöndə bəzi tövsiyələrimizi təqdim edirik:
1. Qurum ilə bağlı qurumun tarixi və rəhbərləri haqqında bilgilərin verilməsi tövsiyə olunur.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün ümumi imkanlarla yanaşı qurumun ünvanının marşrut və sxemi, həmçinin bura gəlmək üçün ictimai nəqliyyat barədə bilgi əlavə edilməsi yaxşı olardı.
3. Qurumun strukturu barədə isə verilmiş bilgilər yalnız qurumun strukturunun ümumi sxemini və aparat haqqında bilgiləri əlavə etmək lazımdır.
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə qurumun rəhbəri və onunla əlaqə imkanları haqqında bilgilərin daha ayrıntılı və geniş şəkildə təqdim edilməsi, əsas rəhbərin və onun müavinlərinin, bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilərin isə əks etdirilməsi tövsiyə olunur.
5. Qurumun cari fəaliyyəti haqqında təqdim edilmiş bilgilərlə yanaşı yaxşı olardı ki, qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla), qurumun həyata keçirdiyi proqram və layihələr barədə olan bilgilər də saytda əks etdirilsin.
6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi (ayrıntıları ilə) və onun icrası barədə qurumun büdcəsi və onun icrası haqqında məlumat, büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiyaların təqdim edilməsi tövsiyələr sırasındadır.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında onlayn müraciət imkanı, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, qaynar xətt və xidmətlərdən istifadə qaydaları haqqında da ayrıntılı bilgilərin verilməsinə ehtiyac var.
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında isə bütün bilgilər (dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar haqqında bilgi, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar, boş iş yerləri haqqında elanların arxivi) barədə məlumatların saytda işıqlandırılması tövsiyə olunur.
9. Yaxşı olardı ki, sahə işçilərinin əmək haqları barədə bilgilər də əks etdirilsin.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) baxımından vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi, dövlət qurumunda vətəndaşların qəbul qaydaları, dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilərin sayta əlavə edilməsi lazımdır.
11. Təqdim edilməsi gərəkli olan bilgilər sırasında tender və yarışmaların keçirilməsi ilə bağlı qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları, tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi, tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları barədə bilgilər durur.
12. Dövlət qurumunun norma- (qanun)yaratma fəaliyyəti barədə isə qurumun cari norma- (qanun)yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələri (tam mətni), bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri, qurumun norma- (qanun)yaratma fəaliyyəti ilə bağlı arxiv təqdim edilməsi tövsiyə olunan bilgilərdəndir.
13. Saytın texniki imkanları sırasına abunə və onlayn müraciət imkanının əlavə edilməsi tövsiyə olunur. tmək lazımdır.