Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının www.msk.gov.az ünvanlı İnternet saytı da, çox təəssüf olsun ki, bir çox göstəricilər üzrə heç bir bilgi verməməsi üzündən hələ xeyli geridə qalmaqdadır.
Saytda ən adi bilgilər belə çatışmır. Hətta qurumun rəhbərinin və başqa rəhbər işçilərin bioqrafiyaları cəmi üç-dörd cümlə ilə verilib ki, bu da yetərli sayıla bilməz.
E-xidmətlərə gəlincə, bu məsələdə də sayt sadəcə geridə qalır. Demək olar ki, heç bir e-xidmətin təqdim edilmədiyi saytda adi abunə və onlayn yazışma formaları da yoxdur.
Şəffaflıq baxımından gərəkli olan əmək haqqı, büdcə, tenderlər kimi bilgilər də saytda yoxdur. Ümumilikdə isə, bu resurs aşağıdakı kimi görünür:
1. Qurum ilə bağlı qurumun tarixi haqqında bilgi verilmir. Qanunverici bazası haqqında bilgi verilsə də rəhbərləri haqqında heç nə deyilmir.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün təqdim edilmiş qurumun yerləşdiyi ünvan, həm ümumi xarakterli, həm də ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri, mümkün olan e-poçt ünvanları yetərli sayıla bilər. Ancaq qurumun ünvanının marşrut və sxemi, quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə bilgilər yoxdur.
3. Qurumun strukturu barədə qurumun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin dəqiq (tam) ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri və qurumun tabeliyindəki informasiya sistemləri barədə bilgilər tam şəkildə əks etdirilir. Burada çatışmayan yalnız qurumun strukturunun ümumi sxemi və aparat haqqında bilgidir.
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından isə qurumun rəhbəri və onunla əlaqə imkanları haqqında bilgilər çox zəif təqdim edilir. Həmçinin ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları haqqında bilgilər verilir. Əsas rəhbərin, onun müavinlərinin və struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər isə təqdim edilmir.
5. Qurumun cari fəaliyyəti haqqında mətbuat üçün açıqlamalar, quruma aid olan informasiya, quruma aid olan hər cür başqa cari informasiyalar əks etdirilir. Ancaq qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri qurumun həyata keçirdiyi proqram və layihələr barədə isə bilgi verilmir.
6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə isə təəssüf ki, heç bir bilgi verilmir.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında qurumun təklif etməli olduğu mütləq xidmətlər haqqında bilgilər saytda var. Onlayn müraciət imkanı, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, qaynar xətt və xidmətlərdən istifadə qaydaları haqqında bilgilər yoxdur.
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında heç bir bilgi təqdim edilmir.
9. Sahə işçilərinin əmək haqları barədə bilgilərə də rast gəlinmir.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi, dövlət qurumunda vətəndaşların qəbul qaydaları, dövlət qulluqçusunun etika qaydaları haqqında bilgi yoxdur. Qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları barədə isə bilgi verilib.
11. Daha bir təqdim edilməyən bilgi tender və yarışmaların keçirilməsi ilə bağlıdır.
12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti barədə də bilgilər əks etdirilmir.
13. Saytın texniki imkanları yaxşıdır. Ancaq abunə və onlayn müraciət imkanı haqda bilgi verilmir.