Multimedia Mərkəzi edilən müraciətlərə cavab olaraq bir daha bildirir ki, Media Hüququ İnstitutu (MHİ) tərəfindən 17.05.2012–ci il tarixdə açıqlanan “Dövlət qurumlarının şəffaflıq hesabatı”nın “Multimedia” Mərkəzinə hər hansı bir aidiyyatı yoxdur.
Bununla bağlı Mərkəz tərəfindən ötən ilin dekabr ayında da müvafiq açıqlama verilib.
http://www.informasiya.org/index.php?id=767
Ötən il Mərkəz tərəfindən bununla bağlı verilən açıqlamada MHİ tərəfindən hazırlanan hesabatda “Multimedia” Mərkəzinin nəticələrindən və ümumiyyətlə Mərkəzin hesabatlarında yer alan fikirlərdən istifadə edilməsini güman etmək üçün müəyyən əsaslar olduğunu bildirib.
Mərkəz bir daha bildirir ki, hətta bu cür açıqlamadan sonra da MHİ tərəfindən qeyd olunan müddət ərzində aparılan Monitorinq barədə ictimaiyyətə heç bir məlumat verilmədiyi, dövlət qurumlarının Monitorinqinin nəticələri ilə bağlı bu müddət ərzində saytlarında heç bir məlumat dərc edilməməsi bir daha bu cür şübhələrin tam əsaslı olmasının göstəricisidir. Ötən müddət ərzində heç bir dövlət qurumunun saytları ilə bağlı hər hansı bir analiz aparılmadan və bu haqda ən azı öz rəsmi saytlarında məlumat verilmədən hansı obyektiv Monitorinqdən söhbət getdiyi qaranlıq qalır. Bu sahə ilə peşəkar məşğul olan ekspertlər bilir ki, Monitorinq prosesində əsas əldə olunan material məhz hər bir dövlət qurumunun rəsmi saytı üzrə əldə olunan yekun analitik məhsuldur ki , MHİ saytında bu ötən il və cari ildə də bu yerləşdirilməyib. Ekspertlər bu qənaətdədir ki , MHİ tərəfindən də Multimedia Mərkəzinin istifadə etdiyi tam oxşar metodika və yanaşma tətbiq edildiyindən , Multimedia Mərkəzinin hər bir dövlət qurumun saytı üzrə www.informasiya.org saytında yerləşdirdiyi materiallarda cüzi dəyişikliklər və əmsallar tətbiq etməklə hansısa hesabatı hazırlamaq olar.
Bütün bunları, həmçinin MHİ tərəfindən Multimedia Mərkəzi ilə tam oxşar metodika və tam oxşar yanaşmadan istifadə edildiyini əsas tutaraq Mərkəz hazırlanan hesabatın obyektivliyinin şübhəli göründüyü qənaətindədir.
Bununla belə Mərkəz vətəndaş cəmiyyətinin inkişafına yönələn istənilən təşəbbüsləri dəstəklədiyindən bir daha bəyan edir ki bütün bunların araşdırılması istiqamətində hansısa addımlar atmaq niyyətində deyil. Bu açıqlamanın verilməsində məqsəd ictimaiyyətin məlumatlandırılmasından ibarətdir.
Multimedia Mərkəzi yenə bu fikridədir ki , 2006-cı ildən bəri mövcud olan uğurlu bir layihə ilə tam eynilik təşkil edən, hətta MHİ tərəfindən də peşəkarlığı vurğulanan bir layihənin üzünü sadəcə köçürərək dəstək məqsədilə donorlara təqdim etməkdənsə, yeni bir problemin ictimailəşməsinə diqqət yetirilməsi vətəndaş cəmiyyətinin inkişafı üçün daha faydalı olardı.
“Multimedia” Mərkəzi dövlət qurumlarının informasiya açıqlığı, rəsmi dövlət saytlarının monitorinqi istiqamətində fəaliyyətini davam etdirir və cari ilin nəticələr haqqında növbəti ayın əvvələrində ictimaiyyətə məlumatlar veriləcək. (www.informasiya.org )
Multimedia Mərkəzi
www.cit.az
www.informasiya.org
info@cit.az