Saturday 23rd November 2024,

2012

Ξ Leave a comment

Azərbaycan Respublikası Nəsimi Rayon İcra Hakimiyyəti www.nasimi-ih.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by

Azərbaycan Respublikası Nəsimi Rayon İcra Hakimiyyəti  www.nasimi-ih.gov.az domen adlı İnternet resursunun yaradılmasında yeganə məqsədin rayon və qurum haqqında məlumat əks etdirilməsi olduğu təsiri bağışlayır.  Çünki saytda bu məlumatlardan başqa bir məlumata rast gəlinmir. Burada informasiya açıqlığı baxımından və monitorinq üçün gərəkli olan bilgilər cəhətdən demək olar ki, cüzi bilgi var. Nə dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası, nə icra hakimiyyəti tərəfindən təklif edilən xidmətlər, nə işə qəbul qaydaları və boş iş yerləri, nə sahə işçilərinin əmək haqları, nə də tender və elanlar barədə bilgilər verilmir. Hətta burada qurumun ünvanı barədə bilgilər belə təqdim edilmir. Ancaq bu çatışmayan bilgilərlə yanaşı rayon haqqında və rayonda yerləşən qurumlar, idarələr və s. haqqında kifayət qədər məlumatlar saytda yer almışdır. Saytın ümumi görünüşü aşağıdakı kimidir:

1.    Rayon haqqındakı bilgilər yetərli və zəngindir. Burada rayonda olan müəsisələr, idarələr, qurumlar barədə, ünvan və telefonlar da təqdim edilir. Qurum haqqında da ətraflı bilgi verilir. Rəhbər haqında isə iki cümlədən ibarət bilgi verilir.  Ancaq qurumun əsasnaməsi, dövlət qulluqçusunun etik davranış qaydaları haqqında AR qanunu barədə və qurumun öncəki rəhbərləri haqqında bilgilər verilmir.   

2.    Ziyarətçilərin qurum ilə əks əlaqə üçün heç bir bilgi verilmir.  

3.    Qurumun strukturu barədə strukturun sxemi, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar təqdim edilir. Ən ətraflı bilgi isə əsas idarə və müəssisələr, banklar, təhsil və mədəniyyət qurumları haqqında olan bilgilərdir.  Qurumun alt bölmələri və  yerli icra nümayəndəlikləri, struktur bölmələrinin səlahiyyət çərçivələri və bələdiyyələr haqqında isə heç bir  bilgi verilmir

4.    Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından qurumun rəhbəri haqqında bioqrafik bilgilər və əks əlaqə imkanı,  ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları barədə qısaca da olsa bilgi verilir. Ancaq qurum ilə əks əlaqə üçün ümumi imkanlar, rəhbərin müavinləri və struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, rayondan seçilmiş millət vəkili haqqında məlumat və əlaqə imkanı barədə heç bir bilgi verilmir.

5.    Qurumun cari fəaliyyəti haqqında mətbuat üçün açıqlamaları təqdim edilsə də bir çox məlumatlar ətraflı oxunması üçün tıklandıqda açılmır. Bununla yanaşı rayonda həyata keçirilən dövlət layihələri və proqramları haqqında məlumatlar, qurumdaxili əmrlər, sərəncamlar və qərarlar barədə bilgilər təqdim edilmir.  

6.    Dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında bilgilər saytda yerləşdirilməmişdir.   

7.    Qurumun təklif etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər və xidmətlərdən istifadə qaydaları haqqında bilgilər də əks etdirilmir.

8.    Boş iş yerləri və işə qəbulla bağlı qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi,  işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı mümkün komissiyalar haqqında bilgi, qurum və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar barədə bilgilərin heç birisi əks etdirilməyib.

9.    Qurumun işçilərinin əmək haqları ilə bağlı da bilgilər təqdim edilməyən bilgilərdir.

10.    Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında ancaq qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları haqında məlumat təqdim edilir. Qurumda vətəndaşların qəbul qaydaları və vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə bilgilər isə əks etdirilmir.  

11.    Daha bir təqdim edilməyən informasiya qurumda tenderlərin keçirilməsi ilə bağlı elanlar, qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları və dövlət orqanları tərəfindən tender və yarışmaların keçirilməsinin qaydaları ilə bağlı bilgilərdir.  

12.    Saytın texniki imkanları normaldır. Sadəcə bu imkanlardan istifadə olunub kifayət qədər bilgi təqdim edilmir. Abunə imkanı təqdim edilməsə də onlayn müraciət imkanı verilir.  

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV