Thursday 21st November 2024,

2012

Ξ Leave a comment

Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının www.ntrc.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by

Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının www.ntrc.gov.az ünvanlı İnternet saytı, bir sıra göstəricilər baxımından çevik və gündəmə uyğun durumda dəyərləndirilə bilər. Qurumun özü haqqında, rəhbərləri haqqında bilgilər tamdır. Cari bilgilər, mətbuat üçün açıqlamalar da yerindədir.
Ancaq onu da qeyd etmək lazımdır ki, bu resurs heç də bütün və əsas göstəricilər üzrə yetərincə yüksək dəyərləndirilə bilməz. Çünki burada şəffaflıq baxımından gərəkli olan büdcə, işə qəbul, əmək haqqı, tenderlər haqqında heç bir bilgi yoxdur.
Saytın texniki imkanları yaxşıdır. Funksionallığı və istifadə rahatlığı öz yerindədir. Lakin abunə və onlayn müraciət imkanı yoxdur. Ümumilikdə isə sayt aşağıdakı kimi görünür:

1.    Qurum ilə bağlı qurumun tarixi və qanunverici bazası haqqında bilgilər yetərli şəkildədir. Ancaq qurumun rəhbərləri haqqında bilgi tam sayıla bilməz.

2.    Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün qurumun yerləşdiyi ünvan, həm ümumi xarakterli, həm də ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri və mümkün olan bütün e-poçt ünvanları yetərli sayıla bilər. Ancaq qurumun ünvanının marşrut və sxemi, quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə bilgi verilmir.  

3.    Qurumun strukturu barədə qurumun strukturunun ümumi sxemi, qurumun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin dəqiq (tam) ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri barədə heç bir məlumat saytda əks etdirilmir.

4.    Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə əsas rəhbərin və onun müavinlərinin bioqrafiyaları, qurumun rəhbəri ilə və qurum ilə əks əlaqə üçün ümumi imkanlar təqdim edilir. Lakin struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər və ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları haqqında bilgilər yoxdur.         

5.    Qurumun cari fəaliyyəti haqqında təqdim edilmiş mətbuat üçün açıqlamalar operativ deyil. Quruma aid olan informasiya, quruma aid olan hər cür başqa cari informasiyalar təqdim edilib. Qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla), qurumun həyata keçirdiyi proqram və layihələr barədə bilgilər isə yoxdur.

6.    Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə bilgi verilmir.  

7.    Qurum tərəfindən təklif edilən xidmətlər haqqında qurumun təklif etməli olduğu mütləq xidmətlər və xidmətlərdən istifadə qaydaları haqqında bilgilər saytda yer almışdır.  Lakin onlayn müraciət imkanı, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri və qaynar xətt haqqında bilgilər əks etdirilmir.  

8.    İşə qəbul qaydaları və boş iş yerləri haqqında bilgilər təqdim edilməyən bilgilər sırasındadır.  

9.    Sahə işçilərinin əmək haqları barədə də bilgilər yoxdur.  

10.    Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi, dövlət qurumunda vətəndaşların qəbul qaydaları, qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları, dövlət qulluqçusunun etika qaydaları barədə bilgilər saytda yer almışdır.

11.    Növbəti təqdim edilməyən bilgilər tender və yarışmaların keçirilməsi ilə bağlı qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları, tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi, tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları haqqındadır.

12.    Daha bir təqdim edilməyən məlumatlar qurumun norma- (qanun)yaratma fəaliyyəti barədədir.

13.    Saytın texniki imkanları yaxşıdır. Ancaq nə abunə imkanı, nə də onlayn müraciət forması təqdim edilir.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV