Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin www.dmx.gov.az ünvanlı İnternet saytı, ilk baxışdan zəngin görünsə də, icmaldan da anlaşıldığı kimi, heç də belə deyilmiş.
Saytda demək olar ki, əsas bölmələr üzrə heç bir bilgiyə rast gəlmək olmur.
Bütün bunlarla bərabər bu resursun texniki imkanları onun təkmilləşdirilməsini mümkün edir. Ona görə də aşağıda bu yöndə bəzi tövsiyələrimizi təqdim edirik:
1. Qurum ilə bağlı qurumun daha öncəki rəhbərləri və qanunverici bazası haqqında bilgi təqdim edilməsi tövsiyə olunur.
2. Ziyarətçilərin qurumu ilə əlaqə saxlaması üçün ümumi imkanlarla yanaşı qurumun ünvanının marşrut və sxemi, bura gəlmək üçün ictimai nəqliyyat barədə bilgi verilməsi yaxşı olardı.
3. Qurumun strukturu barədə qurumun strukturunun ümumi sxemi, aparat, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin dəqiq (tam) ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri və qurumun tabeliyindəki informasiya sistemləri barədə bilgilərin əlavə edilməsi tövsiyə olunur.
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından rəhbərin müavinlərinin bioqrafiyaları, bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları haqqında bilgilərin saytda əks etdirilməsi yaxşı olardı.
5. Qurumun cari fəaliyyəti haqqında mətbuat üçün açıqlamalar, qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri, qurumun həyata keçirdiyi proqram və layihələr barədə bilgilərin təqdim edilməsi gərəklidir.
6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə qurumun büdcəsi və onun icrası haqqında məlumat, büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiyaların saytda əks etdirilməsi tövsiyə olunur.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında verilmiş bilgi sırasına qurum tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, onlayn müraciət imkanı, qaynar xətt, xidmətlərdən istifadə qaydaları barədə bilgilərində əlavə edilməsi yaxşı olardı.
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar haqqında bilgi, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar, boş iş yerləri haqqında elanların arxivi barədə bilgilərin də təqdim edilməsi tövsiyələr sırasındadır.
9. Sahə işçilərinin əmək haqları barədə də eyni tövsiyə söylənilir.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında olan bilgilər isə təqdim edilməsi gərəkli olan bilgilərdir.
11. Növbəti tövsiyə tender və elanların keçirilməsi ilə bağlıdır. Qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları, tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi, tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları da təqdim edilsə yaxşı olar.
12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti barədə qurumun cari norma- (qanun)yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələri (tam mətni), bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri, qurumun norma- (qanun)yaratma fəaliyyəti ilə bağlı arxiv barədə bilgilərin verilməsi də tövsiyələr sırasındadır.
13. Saytın texniki imkanları sırasına abunə və onlayn müraciət formasının əlavə edilməsi lazımdır.