Azərbaycan Respublikası Bakı Metropoliteninin www.metro.gov.az ünvanlı İnternet saytı, çox təəssüflər olsun ki, monitorinq üçün demək olar ki, heç nə təklif etmir. Sayt, çox güman ki, uzun müddət bundan öncə qurulub. Və deyəsən qurulduğu gündən də unudulub.
Saytda bir neçə sadə HTML səhifə var. Bu səhifələrdə də ciddi və gərəkli informasiya tapmaq mümkün deyil. Təbii ki, hər hansı operativlikdən və ciddi e-xidmətlərdən danışmağın heç yeri də yoxdur. Bu vaxtadək monitorinq etdiyimiz saytlar arasında ilk və hələlik yeganə saytdır ki, monitorinq etməyin də bir mənası yoxdur. Ona görə də bu saytın monitorinqini apara bilmirik.
Eyni zamanda onu da qeyd etmək istərdik ki, monitorinq aparmağa bir şey olmadığı üçün ayrıntılı tövsiyələr haqqında da danışa bilmərik. Və təbii ki, hər hansı tövsiyə ilə çıxış etmirik. Yalnız bir şeydən başqa: bu qurumun İnternet resursu yox sayılmalı və sıfırdan başlayaraq sayt qurulmalıdır.