Azərbaycan Respublikası Nizami Rayon İcra Hakimiyyəti www.nizami-ih.gov.az domen adlı İnternet resursu barədə də digər icra hakimiyyəti resursları haqqında söylədiklərimizi söyləyə bilərik. Çünki bu resurs nə dizayn baxımından nə də məlumat baxımından fərqlənmir. Yəni informasiya əldə olunması haqqında qanuna əsasən açıqlanması gərəkli olan bilgilərə rast gəlinmir. Saytın ümumi görünüşü aşağıdakı kimidir:
1. Rayon haqqındakı bilgiləri yetərli saymaq olar, sadəcə rayonun tarixi haqqında heç bir bilgi əks etdirilməyib. Qurum haqqında bilgilər sırasında isə qurumun rəhbərinin bioqrafiyası və dövlət qulluqçusunun etik davranış qaydaları haqqında AR qanunu yer almışdır. Ancaq qurumun öncəki rəhbərləri haqqında bilgilər və qurumun əsasnaməsi verilmir.
2. Ziyarətçilərin qurum ilə əks əlaqəsi üçün ümumi imkanlar (qurumun ünvanı, telefon nömrəsi, e-poç ünvanı) əks etdirilir. Ancaq qurumun ünvanının sxemi və quruma başqa yerlərdən gəlmək üçün marşrut və ictimai nəqliyyat barədə bilgilər təqdim edilmir.
3. Qurumun strukturu barədə strukturun sxemi, struktur bölmələrinin rəhbərləri, onlarla əlaqə saxlamaq üçün imkanlar, bələdiyyələr haqqında, əsas idarə və müəssisələr, banklar, təhsil və mədəniyyət qurumları haqqında bilgilər təqdim edilir. Burada əks etdirilməyən qurumun alt bölmələri və yerli icra nümayəndəlikləri və struktur bölmələrinin səlahiyyət çərçivələri haqqında bilgilərdir.
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından qurumun rəhbəri haqqında bioqrafik bilgilər və əks əlaqə imkanı, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları barədə qısaca da olsa bilgi verilir. Ancaq qurum ilə əks əlaqə üçün ümumi imkanlar, rəhbərin müavinləri və struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, rayondan seçilmiş millət vəkili haqqında məlumat və əlaqə imkanı barədə heç bir bilgi verilmir.
5. Qurumun cari fəaliyyəti haqqında mətbuat üçün təqdim edilmiş açıqlamaları operativ deyil. Ən son cari informasiya 01 mart 2012-ci ilə yəni 2 ay bundan öncəyə aiddir. Həmçinin saytda qurumdaxili əmrlər, sərəncamlar və qərarlar barədə bilgilər də təqdim edilmir.
6. Dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında bilgilər saytda yerləşdirilməmişdir.
7. Qurumun təklif etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər və xidmətlərdən istifadə qaydaları haqqında bilgilərə də rast gəlinmir.
8. Boş iş yerləri və işə qəbulla bağlı qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı mümkün komissiyalar haqqında bilgi, qurum və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar barədə bilgilərin heç birisi əks etdirilməyib.
9. Qurumun işçilərinin əmək haqları ilə bağlı da bilgilər təqdim edilməyən bilgilərdir.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında ancaq qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları haqında məlumat verilir. Qurumda vətəndaşların qəbul qaydaları və vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə bilgilər isə yoxdur.
11. Növbəti təqdim edilməyən informasiya qurumda tenderlərin keçirilməsi ilə bağlı elanlar, qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları və dövlət orqanları tərəfindən tender və yarışmaların keçirilməsinin qaydaları ilə bağlı bilgilərdir.
12. Saytın texniki imkanları normaldır. Ancaq imkanlardan istifadə olunub kifayət qədər bilgi təqdim edilmir. Burada nə abunə imkanı nə də onlayn müraciət imkanı var.