Saturday 23rd November 2024,

2012

Ξ Leave a comment

Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin www.copag.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

posted by

Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin www.copag.gov.az ünvanlı İnternet saytı, artıq icmalda da qeyd etdiyimiz kimi, bir çox göstəricilər baxımından çox ciddi qüsurlarla müşayiət edilməkdədir. Bəzi bölmələr üzrə heç bir bilginin olmaması bir yana, olan bilgilərin də çoxu yetərli sayıla biləcək qədər deyil. Ona görə də bu sayt üzərində çox ciddi iş aparılmasının vacibliyini ayrıca qeyd etmək istərdik. Saytın texniki imkanlarını da nəzərə alaraq onun bir qədər təkmilləşdirilməsinə gərək olduğunu ayrıca qeyd edirik. Əlbəttə ki, bu yanaşmamız heç də ondan xəbər vermir ki, sayt tam olaraq bərbad durumdadır. Əksinə, tövsiyələr yazmaqla onu göstərmək istəyirik ki, saytın təkmilləşdirilməsi üçün imkanlar vardır. Ona görə də aşağıda bu yöndə bəzi tövsiyələrimizi diqqətə çatdırırıq:

1.    Qurum ilə bağlı informasiyalar sırasına qurumun həm indiki, həm də öncəki rəhbərləri haqqında geniş bilgilərin əlavə edilməsi tövsiyə olunur.  

2.    Ziyarətçilərin qurumu ilə əlaqə imkanlarının yaxşılaşdırılması üçün qurumun ünvanının marşrut və sxemi, quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə bilgilərin də təqdim edilməsi gərəklidir.

3.    Qurumun strukturu barədə verilmiş bilgilərlə bərabər yaxşı olardı ki, qurumun strukturunun ümumi sxemi, struktur bölmələrinin dəqiq (tam) ünvanları və struktur bölmələrinin səlahiyyət çərçivələri barədə bilgilər də təqdim edilsin.  

4.    Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından isə  rəhbər işçilər haqqında bioqrafik bilgilərin əlavə edilməsi tövsiyə olunur.

5.    Qurumun cari fəaliyyəti haqqında mətbuat üçün açıqlamaları daha düzgün tərtib edilməsi, ən azından onların aid olduğu tarixin göstərilməsi və qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla), qurumun həyata keçirdiyi proqram barədə bilgilərin verilməsi tövsiyə olunur.

6.    Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə qurumun büdcəsi və onun icrası haqqında məlumat və büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiyaların saytda əks etdirilməsi gərəklidir.

7.    Qurum tərəfindən təklif edilən xidmətlər haqqında qurum tərəfindən təklif edilən əlavə xidmətlər və qaynar xətt nömrəsi verilməsi və xidmətlərdən istifadə qaydaları barədə bilgilərin ayrıntılı şəkildə ayrıca təqdim edilməsi tövsiyə olunur

8.    İşə qəbul qaydaları və boş iş yerləri haqqında dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar haqqında bilgi, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və boş iş yerləri haqqında elanların arxivinin saytda əks etdirilməsi zəruridir.

9.    Sahə işçilərinin əmək haqları barədə bilgilərin verilməsi yaxşı olardı.

10.    Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə isə  vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi, dövlət qurumunda vətəndaşların qəbul qaydaları və dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilərin verilməsi tövsiyə olunur.

11.    Tender və yarışmaların keçirilməsi ilə bağlı qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları, tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi, tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydalarının da əks etdirilməsi gərəklidir.

12.    Yaxşı olardı ki, qurumun norma- (qanun)yaratma fəaliyyəti barədə qurumun cari norma- (qanun)yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələri (tam mətni), bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri, qurumun norma- (qanun)yaratma fəaliyyəti ilə bağlı arxiv əks etdirilsin.

13.    Saytın texniki imkanlarını bir qədər daha funksional şəklə salmaq və saytda abunə imkanın da təklif etdirilməsi tövsiyə olunur.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV