Friday 26th April 2024,

2013

Ξ Leave a comment

Hava Yolları (QSC) –nin www.azal.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by informadmin
Hava Yolları (QSC) –nin www.azal.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

Azərbaycan Respublikası Hava Yolları (QSC)-nin www.azal.az ünvanlı İnternet saytı elektron xidmətlərə və sahə üzrə məlumatların təqdimatına görə, dolğun şəkildə təqdim edilməkdədir.  Saytın struktur sxeminin olmaması, rəhbərlik və aparat haqqında heç bir məlumatın təqdim edilməməsi, qaynar xəttinin  yoxluğu çatışmayan cəhətlərdəndir.  Həmçinin, qurumun büdcəsi haqqında  bilgilərə, sahə işçilərinin tarif stavkasına da rast gəlinmir. Qurumun alt bölümləri və regional bölmələri haqda məlumatlar geniş verilmişdir. Amma regional qurumların rəhbərləri haqqında heç bir bilgi saytda göstərilməyib. Bütövlükdə isə saytın durumu aşağıdakı kimidir:

 1. Qurum ilə bağlı təqdim edilmiş informasiyalar yetərli sayılmır. Qurumun tarixi haqda heç bir məlumat saytda öz əksini tapmayıb.

2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün ümumi imkanlar (qurumun yerləşdiyi ünvan, telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları) təqdim edilir. Burada yalnız quruma gəlmək üçün ictimai nəqliyyat haqqında bilgilər çatışmır.

 3. Qurumun strukturunun ümumi sxeminə saytda rast gəlinmir. Aparat işçilərindən QSC-nin prezidenti və digər rəhbər işçilər haqda da heç bir bilgiyə rastlamadlq. Qurumun alt bölmələrinin ünvanları, əlaqə vasitələri barədə məlumatlar verilsə də, alt qurumların rəhbərləri haqda heç bir bilgi təqdim olunmur.

4. Rəhbər işçilər,  onlarla əks əlaqə  vasitələri verilsə də, qurumun rəhbərinin bioqrafiyası və struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər yoxdur.

5. Qurumun cari fəaliyyəti haqqında informasiyalar yetərli sayıla biləcək qədərdir.

6. Təəssüf ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında heç bir bilgi saytda əks etdirilmir.

 7. Qurum tərəfindən təklif edilən xidmətlər barədə elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, onlayn müraciət imkanı və xidmətlərdən istifadə qaydaları haqqında bilgilər saytda geniş şəkildə öz əksini tapmışdır.

 8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında  həmçinin, işə qəbulun norma və qaydaları barədə bilgilər təqdim edilmir.  İşə qəbulla bağlı komissiyalar haqqında, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar, boş iş yerləri haqqında elanların arxivi barədə də hər hansı bir bilgiyə rast gəlinmir.

9. Sahə işçilərinin əmək haqları barədə də heç bir bilgilər mövcud deyildir.

10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə məlumatlar saytda öz əksini tapmışdır. Amma  dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilər təqdim edilməyib.

 11. Tender və yarışmaların keçirilməsi ilə bağlı heç bir məlumat saytda əksini tapmayıb.

 12. Növbəti təqdim edilən bilgilər qurumun norma- (qanun)yaratma fəaliyyəti haqqındadır.

 13. Saytın texniki imkanları sırasında abunə  və sosial şəbəkədə səhifəsi təqdim olunur.  Sosial şəbəkədə səhifəsini aktiv qiymətləndirmək olar.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV