Friday 20th July 2018,

2013

Ξ Leave a comment

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin www.mincom.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYYƏLƏR

posted by informadmin
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin www.mincom.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYYƏLƏR

Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları  Nazirliyinin www.mincom.gov.az ünvanlı İnternet saytı digər saytlarla müqayisədə  məlumat bolluğu ilə irəli geçə bilsə də, saytda regional bölmələr üzrə heç bir məlumatın olmaması dərhal diqqəti cəlb edir. E-xidmətlərin verilməsi də saytın üstünlüklərindən biridir. Bununla belə, bəzi çatışmazlıqlar da müşahidə edilməkdədir. Yəni saytın texniki şərtləri gərəkli bilgiləri lazım olan şəkildə təqdim etməyə imkan verir. Bunu nəzərə alaraq aşağıda bu yöndə bəzi tövsiyyələrimizi təqdim edirik:

1. Qurumun tarixi ilə bağlı informasiyalar çox əla şəkildə təqdim edilir. Bunun üçün də əlavə bir tövsiyyəyə ehtiyac duyulmur.

2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün təqdim edilmiş bilgilər sırasına quruma gəlmək üçün ictimai nəqliyyat haqqında da bilgilərin daxil edilməsi nəticəsində bu bölmə dolğunlaşmış olar.

3. Qurumun strukturu haqqında məlumatlar yetərincə olduğu üçün əlavə tövsiyyəyə ehtiyac yoxdur.

4. Rəhbər  işçilər, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilərin təqdim olunduğunu və qurumun rəhbəri ilə əks əlaqə imkanları barədə bilgilərin təqdim edildiyini nəzərə alsaq, əlavə tövsiyyəyə ehtiyac duyulmur.

5. Qurumun cari fəaliyyəti haqqında təqdim edilən informasiyalar yetərli olduğundan əlavə bir tövsiyyəyə gərək yoxdur.

6. Yaxşı olardı ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə bilgilər də saytda əks etdirilsin.

7. Qurum tərəfindən təklif edilən xidmətlər və əlavə xidmətlər haqqında geniş informasiyalar təqdim edilir. Bü üzdən də əlavə tövsiyyə verilmir.

8. Dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və boş iş yerləri haqqında elanların arxivi barədə bilgilər verildiyi üçün əlavə tövsiyyəyə gərək duyulmur.

9. Sahə işçilərinin əmək haqları barədə bilgilər də göstərilsəydi, yaxşı olardı.

10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə bilgiləri bütün göstəricilər üzrə ayrıntılı şəkildə təqdim edildiyi üçün bu sahədə əlavə tövsiyyə verilmir. Yalnız regional bölmələrin ünvanları və rəhbərliyin qəbul vaxtı da göstərilsəydi yaxşı olardı.

11. Qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları və elanlar göstərilmir. Bu sahə üzrə bilgilərin verilməsi faydalı olardı.

12. Qurumun norma- (qanun) yaratma fəaliyyəti barədə bilgilər geniş əks etdirildiyi üçün bu sahədə tövsiyyə verilmir.

13. Saytın texniki imkanları sırasında  abunə imkanı və sosial şəbəkələrdə aktiv səhifələrinin mövcudluğu diqqəti çəkir.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

    arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

    ARXİV