Friday 26th April 2024,

2007

Ξ Leave a comment

Ədliyyə Nazirliyinin www.justice.gov.az domen adlı rəsmi internet saytının monitorinqinin yekunu

posted by

Ədliyyə Nazirliyinin www.justice.gov.az  domen adlı rəsmi internet saytının monitorinqinin yekunu
14 iyun 2007

Ədliyyə Nazirliyinin www.justice.gov.az  domen adlı rəsmi internet saytının aparılmış monitorinqi nəticəsində məlumatların həcmi və aktuallığına görə Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin № 033 16/02/2007 il  tarixli "Dövlət orqanlarının və bələdiyyələrin İnternet informasiya ehtiyatlarının yaradılması Formaları və Qaydaları" qərarının tələblərinə cavab vermə prinsipləri araşdırılmışdır. Sayt standart tipli yaradılıb və bir çox məsələləri özündə əks etdirməklə yanaşı bəzi çatışmayan cəhətlər vardır. Saytda əsas məqamlar aşağıda göstərilmışdır:

Ədliyyə Nazirliyi haqqında ümumi məlumatlar
1. Ədliyyə Nazirliyinin ancaq öz struktur sxemi və nazir, nazir müavinləri haqqında məlumat vardır. Onun strukturuna daxil olan digər ədliyyə orqanlarının fəaliyyəti və rəhbərləri haqqında məlumat yoxdur. Onu da qeyd etmək lazımdır ki, struktur sxem qrafiki formatda verilmişdir. Belə formatda olan səhifələr adətən gec yüklənir və vaxt aparır.

2. Nazirliyin aparatı və ona tabe olan ədliyyə orqanlarının fəaliyyəti ilə bağlı hazırlanmış təlimat və normativ hüquqi aktlar haqqında məlumata az yer verilib və yeniləşdirilmir.

3. İşə qəbul qaydaları, namizədlərin işə qəbulu üçün test imtahanının sual nümunələri saytda ətraflı göstərilsə də konkret boş iş yerləri haqqında məlumat verilməyib.

4. Ştat cədvəlləri və ona uyğun əmək haqları saytda göstərilməyib.

5. Əmr, sərəncam və qərarlar saytda nəzərdə tutulmayıb.

6. Saytda  Azərbaycan dövlətinin atributları haqqında geniş məlumat verilmişdir. Ancaq həmin səhifədə məlumatlara uygun digər saytlara keçidlər qoyulmamışdır.

7. Kollegiya blokunda üzvlər haqqında məlumat vardır. Lakin baxılan məsələlər və onun nəticələri haqqında informasiya yoxdur.

Ədliyyə Nazirliyi fəaliyyəti barədə hesabatlar. Büdcə və büdcə prognozları1. Nazirlik aparatının cari fəaliyyəti haqqında məlumatların aktuallığı aşağıdır və yeniləşmir.

2. İnformasiya sahiblərinin reyestri, özünə  aid olan informasiya  resursları yoxdur.

3. Şikayət, təklif və sorğuların icmalı verilməyib.

4. Ümumiləşdirilmiş statistik məlumatlar yoxdur.

5. Əhaliyə hüquqi yardım səhifəsində informasiya həcmi azdır.

6. Nazirliyin balansında olan dövlət əmlakı, alqı-satqı əməliyyatı aparılırsa, əmlak üzərində əmlak hüquqlarının dəyişməsi barədə və əmlakdan istifadəyə aid informasiya yoxdur.

7. Kreditlər, qrantlar, onların şərtləri və istifadəsi, tenderə çıxarılacaq sahələr və onların nəticələri haqqında məlumatların yerləşdirilməsi nəzərdə tutulmayıb.

8. Nazirliyə ayrılmış dövlət büdcəsinin və büdcənin icrası barədə hesabatlar yazılmayıb.

9. Kütləvi tədbirlər keçirilməsi və onun proqramları haqqında məlumat yoxdur.

Göstərilən xidmətlərə dair məlumatlar.1. İstifadəçilərlə əlaqə forması olsada, “OnLine”   xidməti yoxdur.

Sayt olan texniki tələbatlar
1. Videoqalereya blokunda heç bir video effekt yoxdur.

2. Xəbərlərə abunəçilik forması yaradılmayıb.

3. “Əsas səhifə” və “beynəlxalq hüquq əməkdaşlıq” səhifələrindəki məlumatlar təkrarlanır.

4. Saytın ingilis dilli versiyasında bəzi səhifələr doldurulmayıb.

5. Əlaqə blokunda bəzi antivirus proqramları müəyyən təhlükənin olması haqqında xəbərdarlıq  edir.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV