Thursday 19th July 2018,

2016

Ξ Leave a comment

Ağsu Rayon İcra Hakimiyyəti www.agsu-ih.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

posted by informadmin
Ağsu Rayon İcra Hakimiyyəti www.agsu-ih.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

Azərbaycan Respublikası Ağsu Rayon İcra Hakimiyyəti  www.agsu-ih.gov.az domen adlı İnternet saytında məlumat baxımından çox çatışmazlıqlar olduğu aydın görünür. Buna görə də çatışmazlıqların aradan qaldırılmasına kömək məqsədilə  tövsiyələrimizi diqqətə çatdırırıq.

1.    Tövsiyə olunur ki, sayta rayon haqqındakı bilgilərlə yanaşı qurumun özü haqqında, quruma daha öncə başçılıq etmiş şəxslər haqqında, qurumunun fəaliyyətini təmin edən qanunverici baza haqqında, qurumun səlahiyyət çərçivələri və hakimiyyət qolunda yeri  haqda bilgilər əlavə edilsin.

2.    Ziyarətçilərin əks əlaqəsini daha da rahatlaşdırmaq üçün qurumun yerləşdiyi ünvanın sxemi, quruma başqa yerlərdən getmək üçün ictimai nəqliyyat haqqında bilgilərin təqdim edilməsi də yaxşı olardı.

3.   Qurumun strukturu haqqında sxem və müavinlər haqqında məlumatlar olsa da, struktur bölmələrinin dəqiq (tam) ünvanları,  struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri haqqında məlumatların təqdim edilməsi də tövsiyə olunur.

4.   Təqdim edilməsi gərəkli olan informasiyalar sırasına qurumun  rəhbər işçiləri və onlarla əks əlaqələr baxımından  bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgiləri, onlarla əks əlaqə imkanları haqqındakı qısaca bilgilərin isə dolğunlaşdırılmasını əlavə etmək olar.

5.  Cari informasiyalar arasındakı vaxt məsafəsinin maksimum azaldılması, onların daim yenilənməsi, qurumdaxili əmr və qərarların, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla) və dövlət qurumunun həyata keçirdiyi proqram və layihələr barədə bilgilərin də təqdim edilməsi tövsiyə olunur.

6.   tövsiyə olunur ki, qurumun təklif etməli olduğu mütləq və əlavə xidmətlər  haqqında bilgilərin də saytda yerləşdirilsin.

7.    Bütün mümkün fəaliyyət sahələrində boş iş yerləri və işə qəbulla bağlı bilgilərin saytda öz əksini tapması da yararlı olardı.

8.    Rəhbər, onun müavinlərinin və struktur bölmələri rəhbər işçilərinin əmək haqlarının da təqdim edilməsi tövsiyyə olunur.

10.   Tövsiyə olunur ki, vətəndaşların qəbul şərtləri haqqında həm vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları, həm də  qurumda vətəndaşların qəbul qaydaları haqqında bilgilərin təqdim edilsin.

11.   Tender və yarışmalar haqqında bilgilərin təqdim edilməsi tövsiyyələr sırasındadır.

12.   Saytın texniki imkanlarının yaxşılaşdırılması və abunə imkanının da daxil edilməsi tövsiyyə olunur.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

    arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

    ARXİV