Friday 26th April 2024,

2007_2008

Ξ Leave a comment

Nəqliyyat Nazirliyinə məxsus www.mot.gov.az ünvanındakı İnternet resursunun təkmilləşdirilməsi ilə bağlı tövsiyələr

posted by

Monitoringin nəticələrinə əsasən  Nəqliyyat Nazirliyinin İnternet saytı özünün praktikliyi və istifadə rahatlığı ilə diqqəti cəlb edir. Saytda gerçəkdən də ciddi tələbat duyulan bir sıra informasiyalar əks olunub. Xüsusi olaraq lisneziya ilə bağlı tələb olunan sənədlərin siyahısı, həmçinin bütün vəzifəli şəxslərin qəbul günləri və saatları haqqında bilginin olması təqdirəlayiqdir. Bununla belə bir sıra çatışmazlıqlar da var ki, onlarla bağlı bəzi tövsiyələrimizi dilə gətirmək istərdik.

1. Saytın domen adının kökü – mot – Azərbaycan dilli ziyarətçiyə heç nə demir. Buna görə də onu qurumun adının qısaldılmış forması – nn-lə əvəz etmək bizcə məqsədəuyğun olardı. Məsələn, www.nn.gov.az kimi.

2. Saytda elə ana səhifədən xəbərlərin yenilənməsini hiss etmək olar. Bununla belə xəbər yayımında çevikliyini olduğunu demək olmaz. Yəni xəbərlər ya gecikmə ilə verilir, ya da ara-sıra.

3. Qurumun vəzifəli şəxslərinin adlarının və telefon nömrələrinin verilməsi də müsbət haldır. Ancaq qanunun tələbinə görə bu yetərli deyildir. Yəni hər bir vəzifəli şəxs barədə həm də biografik bilgilər yerləşdirilməlidir.

4. Qəbul günləri və saatları ilə bilgi əslində var. Ancaq adi ziyarətçi onu haradan və necə tapacağını müəyyən etməkdə çətinlik çəkir. Ona görə qəbulla bağlı ayırca keçid yaratmaq daha məqsədəuyğun olardı.

5. Çox nəhəng maliyyə tələb edən layihələrin icrası məşğul olması baxımından daim diqqət mərkəzində olan nazirlik təəssüf ki, özünün illik büdcəsi və onun icrası barədə bilgiləri açıqlamır. Yaxşı olardı ki, bu bilgilər sayta yerləşdirilsin.

6. Boş iş yerləri və işə qəbul qaydaları haqqında da bilgilər gözə dəymir. Halbuki şəffaflığın təmin edilməsi baxımından bu olduqca zəruridir… həm də ki, qanunun tələbidir.

7. Elə eyni fikirləri ştat cədvəlləri barədə də demək olar.

8. Qüvvədə olan əmək haqqı dərəcələri və onların formalaşması üsulları haqqında bilgilər də hər bir ziyarətçi üçün maraqlı olardı.

9. Nazirliyin informasiya və ictimaiyyətlə əlaqə məsələlərini də bir qədər dəqiqləşdirmək lazımdır. Yəni ən azından bu vəzifəyə məsul şəxsin adını və birbaşa əlaqə vasitələrini ayrıca göstərmək lazımdır.

10. Digər dövlət qurumlarının saytlarına keçidlərin verilməsi də işin faydasına olardı və s.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV